Page 102 - Islamic Studies 03
P. 102
Xristianlıq təlimi və Qərb dünyagörüşündə dini …/ (101
yüksək mərhələsinə qədəm qoyur. İntibah dövründə
mədəniyyətin bütün sahələri daxil olmaqla elm və fəlsəfə də
inkişaf etdi. Bu dövrdə əsarətdən söhbət belə gedə bilməzdi.
Tarixin buna ehtiyacı vardı.
Nəticə
Bu məqalədə bir zaman kəsiyində məskunlaşan, özünə xas yer
tutan orta əsr düşüncəsi ilə tanış olduq. Eramızın I əsrindən
başlanan fəlsəfi intibah, başqa sözlə, renessans deyilən dövrə
qədər davam edən xristian fəlsəfəsinin qaynaqlandığı xristian
düşüncəsi yəhudilikdən sonra əsrlərlə insanların həyatına,
məfkurəsinə, adət- ənənələrinə təsir göstərən bütpərəstlik
dünyagörüşünə yekdilliklə son qoydu. Xristianlıq dini isə İsa
Məsih vasitəsilə zaman- zaman özünə tərəfdarlar toplayaraq
insanlara ilahi gözəlliyin çalarlarını açaraq yaşamağın əsil
qaydasını öyrətdi. Lakin İsa Məsihdən sonra onun həvariləri
tərəfindən dəyişdirilən xristianlığın monoteizm xəttinə təslis
prinsipini daxil edərək bu dinin ideyalarına bir növ, demək
olar ki, bidət (yenilik) gətirdi. Bununla da müasir dövrümüzə
qədər davam edən xristianlıq əsrlərlə insanların zehnində
qeyri- düzgün mövqe nümayiş etdirərək ilahiyyatın monoteim
prinsipinə xələl gətirdi. Digər məsələ isə kilsə ehkamının o
zamankı dövrdə Romanın süqutundan sonra cəmiyyətdə hakim
kəsilməsi elmin, mədəniyyətin, fəlsəfənin inkişafına mane
oldu. Tədqiqatçıların dediyi kimi, kilsə hər bir şeyin çıxış
nöqtəsi oldu. Təbii elmlərin inkişafı ləngiyərək təbiət
alimlərinin həyatına belə təhlükə yarandı. Sərbəst fikrin,