Page 103 - Islamic Studies 03
P. 103
102) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
sərbəst düşüncənin bəyanından isə söz gedə bilməzdi. Kilsənin
bu səhv mövqeyi sonradan kilsənin özündən çıxan Martin
Lüterin protestanlıq hərəkatı bir növ kilsəyə və onun tutduğu
xəttə protest verərək xristian kilsəsinin yeni mövqe tutmasını
məcbur etdi. Tədqiqatçılar o dövrün fəlsəfəsini xarakterizə
edərkən “ qaranlıq dövr” adlandıraraq sərbəst fikrin kölgədə
qalmasını kilsə ehkamında görürdülər.
Xristianlığın islam dini ilə müqayisəsində fərqli bir mənzərə
görürük. İslam dini monoteizm dini olmaqla zühur etdiyi
gündən bu günə qədər öz xəttindən dönmədi. İslam
peyğəmbərindən sonra bu dinin daxilində müxtəlif məzhəblər,
firqələr yaransa da, islamın əqidəvi kökündə heç bir yad bir
ünsür görünmədi. Kreasionizm nəzəriyyəsi özünü qorumaqla
teoloji xətt bu günkü islama qədər davam edir. Digər tərəfdən,
islam ehkamı nəinki elmin inkişafına mane oldu, hətta buna
təhrik etdi. İslam peyğəmbərinin (s.) “beşikdən qəbrədək elm
öyrənin” tövsiyəsini müsəlmanlar şüar tutaraq islami elmlərlə
yanaşı, təbiət elmləri ilə də məşğul olmuş, elmə öz töhfələrini
vermişlər. Fəlsəfə də inkişaf etdirilərək xəlifə Məmunun
dövründə yeni bir inkişaf yolu tapmış, antik yunan fəlsəfəsinin
müsəlman alimlərinə təqdim olunması ilə düşüncələrdə yeni
fikirlər, ideyalar formalaşmış və islam ideologiyası
saxlanılmaqla Aristotel fəlsəfəsinin sintezi müsəlman
alimlərinin fəlsəfədə yaratdığı yeni mənzərə idi. Müsəlman
fəlsəfəsinin inkişaf qanunauyğunluqları və sonrakı geriliyi
böyük bir mövzu olduğundan və bu məqaləyə uyğun
gəlmədiyindən yalnız bu nəticə ilə kifayətlənirik. Bir
ilahiyyatçı kimi, qələmə aldığımız bu fəsildə öz