Page 97 - Islamic Studies 03
P. 97
96) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
başçılıq edir, ən aşağı pillələrində isə - məhəllə (prixod)
keşişləri dururdu. VI əsrin sonlarına yaxın Qərbi Avropada
papalıq bütün xristian kilsəsinə tamamilə başçılıq etmək
iddiasını irəli sürməyə başladı.
Roma Papası- Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin
başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə
həvari Pyotrun xələfidir.İlk zamanlar bütün yepiskoplara
verilən papa ünvanı, sonrlar yalnız Roma Yepiskopu üçün
istifadə edilməyə başladı. Katolik kilsəsi, kilsə çərçivəsində
Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın
ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini
Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki
görmüşdür. Kİlsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada
din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri
Romalı yepiskoplardır.
1
İndiyə kimi 265 pap katolik xristianlarına rəhbərlik etmişdir.
Rahiblik
Rahiblik- Xristianlıqda tərkidünyalıq, həyatı Tanrıya ibadət
etməyə həsr edərək abidlik həyatı sürmək deməkdir.
Nəql olunanlara görə Xristian rahibliyinin vətəni Misir hesab
olunur. Rahibliyin yaradıcısı Böyük Antonius (251-356)
olmuşdur. Onun həyatı haqqında İsgəndəriyyəli Afanasios
.
məlumat vermişdir Antonius Misirdə, xristian ailəsində
anadan olmuşdu. İyirmi yaşında olarkən, onun valideynləri
vəfat etmişdirlər. Bu itkidən kədərlənən Antonius kilsədə
Vikipedia 1