Page 130 - Islamic Studies 03
P. 130
İlahi rəhmət axirətdə/ (129
deyilir ki, Peyğəmbər (sallallahu əleyhi və alih) bir dəstə
insanı bu Cənnətdə nemət içində gördü. Bilirik ki, heç kim
Qiyamət günündən öncə əbədi Cənnətə ayaq basa bilməz.
Quran ayələri aydın şəkildə göstərir ki, təqvalı insanlar
ölümdən dərhal sonra deyil, Qiyamət günü hesab-kitabdan
sonra Cənnətə daxil olacaqlar. Şəhidlərin ruhları da Bərzəx
Cənnətində sakindirlər. Çünki onlar da Qiyamət günündən
12
öncə əbədi Cənnətə daxil olmayacaqlar.
Firdovs Cənnətin ən üstün yeridir. Quran ayələrində deyilir
ki, Firdovs imanlı insanların və saleh əməl sahiblərinin
mənzilidir. Burada bir sual yaranır ki, belə olduqda Cənnətin
digər məntəqələri sakinsiz qalmalıdır. Çünki möminlərdən
başqa heç kəsə Cənnətdə yer yoxdur. Bu suala “Kəhf”
surəsinin 107-ci ayəsində cavab verilir. Allah-taala buyurur:
َّ
ُ
ْ
ًلا ُزُن ِ س ْ وَد ْ رِفلا ُتا نَج ْمُهَل ْ تَناک ِتاحِلا صلا اولِمَع و اوُنمآ َنيِذلا َّنإ
َ
ِ
َ
"Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin
yerləri Firdovs bağlarıdır."
Ayədə iman və saleh əməllərə nail olan hər bir insana işarə
olunmur. Yəni, Firdovs bağına daxil olmaq üçün iman və saleh
əməl baxımından yüksək dərəcəyə nail olmaq meyar qərar
verilmişdir. Ayənin zahiri mənası mütləq (qeydsiz-şərtsiz) olsa
da “Firdovs” kəlməsinin mənasını onu şərtləndirir.
Bu səbəbdən “Muminun” surəsində Firdovsun varislərinin
xüsusiyyətlərini bəyan edərkən mömin insanların ən yüksək
xüsusiyyətlərinin adı çəkilir ki, bu xüsusiyyətlər hər insanda
yoxdur. Bu da öz-özlüyündə göstərir ki, Firdovs sakinləri iman
və saleh əməldən əlavə seçilmiş xüsusiyyətlərə malik
Makarem.ir 1
Makarem.ir 2