Page 131 - Islamic Studies 03
P. 131
130) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
olmalıdırlar.
Həmçinin, Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql
olunan hədisdə Həzrət buyurur: "Hər zaman Allahdan Cənnət
istəsəniz, xüsusi olaraq Firdovsu istəyin. Firdovs Cənnətin ən
came və kamil məkanıdır."
Hədisdən aydın olur ki, imanlı insanların səy və gördükləri
işlər hər yerdə və hər halda ən yüksək dərəcədə olmalıdır.
Hətta Cənnət istəyərkən belə aşağı mərhələlərə qane
olmamalıdır. Söz yox ki, aşağı mərhələlərdə də nemət içində
qərq olur.
Aydındır ki, Allahdan belə bir məqam diləyən bir şəxs belə bir
məqama çatmaq üçün özünü hazırlamalıdır. Mütləq ən yüksək
insani xüsusiyyətləri əldə etmək və ən saleh əməlləri etmək
üçün maksimum səylərini göstərməlidir.
Bu baxımdan “Allah eləsin biz də Cənnətə yol tapaq, ən aşağı
dərəcələrində olsa da olar” deyənlər həqiqi möminləri yüksək
1
səylərindən kifayət qədər dərs almayan şəxslərdir
Behişt bağlarını çəkməyin mənim gözümə,
Behiştidən də gözəl Kərbəlası var ağamın.
Rəhman Allahın əzabla nə işi?
Belə bir şübhədə ola bilər ki, Öz bəndələrinə mehriban,
rəhimli Allah belə qorxulu əzabları onlara necə rəva bilər?
Cavab budur ki, Allahın lətif sifətləri olduğu kimi, qəhr, qəzəb
sifətləridə vardır. Behişt Onun lütfunun məzhəridirsə, cəhənəm
də Onun qəhrinin zühur yeridir. Məhz rəhməti qəhrinə qalib
olduğundan, Allah təala kimsənin kafir olmasına, cəhənnəmə
Makarem.ir 1