Page 133 - Islamic Studies 03
P. 133

132) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               verəndir."
               Heç bir zaman onun cəzasının şiddəti ümumi rəhmətinə mane
               olmayacaq.  Onun  ümumi  rəhməti  insanları  yanlışlığa
               salmamalıdır. Belə ki, onun geniş rəhməti zalımlara istədikləri
               qədər  zülm  etməyə  imkan  yaradır.  Əsla  belə  deyildir,  çünki
               belə  hallarda  O  şiddətli  cəza  verəndir.  Allahın  bu  iki
               (bağışlayan və şiddətli cəza verən) sifətindən birinə tuş gəlmək
               insanın       vücudunda          olan      istedadlara        bağlıdır.
               Yuxarıdakı ayədə qeyd olunur ki, Pərvərdigar insanların Ona
               qarşı etdikləri zülmə baxmayaraq, bağışlayan və əfv edəndir.
               Təbii  ki,  ayədə  Allahın  öz  zülmlərində  israrlı  olan  zalımları
               bağışlayacağı  nəzərdə  tutulmur.  Sadəcə  bu  yolla  zalım
               insanlara da qayıtmaq və özlərini saflaşdırmaq imkanı yaradır.
               Əks  təqdirdə  “Allah  şiddətli  cəza  verəndir”  cümləsinə  aid
               ediləcəklər.
               Bunu  da  qeyd  etmək  lazımdır  ki,  sözügedən  ayədən  böyük
               günahların  da  (o  cümlədən  zülm,  əlbəttə  şərtləri  ilə)
               bağışlanmasının  mümkünlüyü  başa  düşülür.  Bu  və  bu  kimi
               ayələr  qədimdən  "Mötəzililərin"  “böyük  günahlar  heç  bir
               zaman  bağışlanmayacaq”  yanlış  fikrini  alt-üst  edir.
               Hər  bir  halda  Pərvərdigarın  geniş  bağışlaması  və  şiddətli
               cəzasından  gedən  söhbət  həqiqətdə  hamını  qorxu  ilə  ümidin
               orta  xəttində  saxlamaq  üçündür.  Bu,  insan  təlim-tərbiyəsinin
               əhəmiyyətli  amilidir.  İnsanın  günahı  ağır  olsa  da  Allahın
               rəhmətindən ümidini kəsməməlidir. Həmçinin günahı az olsa
               da     özünü      Allahın      cəzasından       amanda      olduğunu
               düşünməməlidir.
               Ona  görə  də  Peyğəmbərdən  (səllallahu  əleyhi  və  alih)  nəql
               olunan               bir              hədisdə               oxuyuruq:
                                                       ْ
                                                            َ َ
                                       ُ
                                                              َ
                             ُ
                 د ِ حاو ٌّلُک  َل  َکَّت  َلا هُباق  ِعو ِ   الل   ديِعو لاوَلو ، ُ شيِعلَا ًادَحأ أنَه ام ُهُز ُ واَجَتو ِ   الل  ُ وْفَع لاو  َل
                                                                          َ
                                   َ
                                                َ
                                           َ
               “Allahın  əfv  və  bəxşişi  olmasaydı,  həyat  heç  kəsə  şirin
   128   129   130   131   132   133   134   135   136   137   138