Page 155 - Islamic Studies 03
P. 155

154) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Əgər  insanın  namazı  qəbul  olarsa,  başqa  ibadətləri  də  qəbul
               olar,  yox  əgər  namazı  qəbul  olmasa,  digər  əməlləri  və
                                             1
               ibadətləri də qəbul olmaz.
                 Hədisə diqqət etək, görərik ki, Peyğəmbər (s.ə) açıq şəkildə
               namazı  digər  ibadətlərdən  daha  üstün  hesab  edir.  Bu  hədisi
               oxuyanda,  iki  mühim  nöqtəni  başa  düşmək  olur.  İlk  olaraq
               bunu anlayırıq ki, namaz dinin əsası və köküdür. Yəni hər bir
               şeyin kökü və əsası olduğu kimi, islam dininin də kökü var.

                 Misal  üçün  ağacın  kökü  var  və  onun  kökü  sağlam  olmasa,
               budaq,  yarpaq,  meyvə,  kölgə  və  digər  faydalı  xüsusiyyətləri

               aradan gedər. Ona görə də kökü zəif olan, və ya kökü çürümüş
               bir ağacın yaxın bir zamanda məhv olma ehtimalı olduğu kimi,
               namaz  qılmayan  və  ya  namazında  səhlənkarlıq  göstərən  bir
               insanın imanı, inancı və xeyir işlərinin savabı da məhv olub,
               aradan  getməsi  bir  reallıqdır.  Yəni  namaz  qılmayan  insanın
               “Müsəlmanam”  deyib,  buna  arxayın  olaraq,  namazdan  uzaq
               düşməsi, ona fayda verməz. Çünki namaz islamın köküdür.

                 Hədisdən başa düşdüyümüz ikinci mühim nöqtə isə budur ki,
               edilən  ibadət  və  yaxşı  əməllərin  qəbul  olma  şərti,  namaz
               qılmaq  və  qılınan  namazı  qəbul  olma  həddinə  çatdırmaqdır.
               Yəni əgər ibadət və yaxşı əməllərimizin Allah tərəfindən qəbul
               olmasını  istəsək,  gərək  namaz  qılaq  və  qıldığımız  namazın
               qəbul olma şərtlərinə riayət edək.

                 Başqa  hədisdə  isə  Peyğəmbər  (s.ə)  belə  buyurur:  Allah
               qatında əməllər içərisində ən bəyənilər iş, namazı ilk vaxtında






                                                                    Vəsailuş-Şiə, c.3.səh.22. 1
   150   151   152   153   154   155   156   157   158   159   160