Page 154 - Islamic Studies 03
P. 154

Quranın Hərtərəfli olmaq …/ (153


                 Peyğəmbər (s.ə) buyurur: Cəbrail (ə) diş fırçalamaq haqqında
               mənə o qədər tövsiyə edərdi ki, gümana gəlmişdim artıq bu iş
               ümmətimə vacib buyurulacaqdır.
                                                     1
                 Peyğəmbər (s.ə) başqa bir hədisdə isə belə buyurur: Təmizlik
                                                                         2
               imanın bir hissəsidir və iman insanı cənnətə aparar.
                 İmam Sadiq (ə) buyurur: Hər meyvənin bir zəhəri var, (ona
               görə  də)  əlinizə   meyvə  götürərkən  (onu)  yuyun  və  ya  suya
                        3
               batırın.

                 Düşünürəm  ki,  qeyd  olunan  hədislər  islamın  təmizliyə
               verdiyi önəmi izah etmək üçün kifayət edir. Təbii ki, bu kimi
               hədislərin  sayı  çoxdur  və  bu  sahədə  araşdırma  aparmaq
               istəyənlər,  həmin  hədislərə  dini  kitablarda  rast  gələ  bilərlər.
               Ona görə də qeyd olunan hədislər ilə kifayətlənirik.

               Namaza aid olan ayə və hədislər

                 Allaha  təşəkkür  borcumuzu  yerinə  yetirmək  üçün  ən  gözəl
               vasitə  namazdır.  Əgər  insan  varlıq  aləmini,  eləcə  də  bütün
               canlıları yaradan qarşısında baş əyib, ona şükr və itaət etmək
               istəsə, bunu ən gözəl tərzdə namaz qılmaqla yerinə yetirə bilər.
               İslam  dinində  namaz  o  həddə  önəmlidir  ki,  namaz  qılmayan
               insanların imanında ciddi boşluq olduğu bildirilir. Yəni namaz
               qılmayan müsəlman Allaha, Peyğəmbərə (s), qiyamət gününə,
               cənnət və cəhənnəmə inansa da, onun bu inancında zəiflik və
               boşluq var. İslam Peyğəmbəri Həzrət Muhəmməd (s.ə) islamda
               namazın əhəmiyyəti  barədə buyurur: Namaz dinin sütunudur.



                                                                 Biharul-Ənvar, c.2.səh.126. 1
                                                             Mustədrəkul-Vəsail, c.1.səh.101. 2
                                                                Üsul-Kafi, c.6.səh.350.həd.4. 3
   149   150   151   152   153   154   155   156   157   158   159