Page 157 - Islamic Studies 03
P. 157
156) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Günortadan gecənin qaranlığınadək namaz qıl. Sübh
namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz
mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.
1
Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona
məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət
etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!
2
Günahkarlar barəsində (və sonra həmin günahkarlara
müraciət edib belə deyəcəklər): “Sizi Səqərə (Cəhənnəmə)
salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan
3
deyildik;...
Onlar namazı düzgün bir şəkildə qılar və verdiyimiz ruzidən
4
infaq edərlər.
Namaz barədə nazil olan ayələrə diqqət etsək, görərik ki,
Allah namaza çox önəm verir. Allah ilk ayədə namazın vaxtına
diqqət edib, ona riayət etməyi əmr edir. İkinci ayədə isə,
insanlara əmr edir ki, ailə üzvlərinə namaz qılmağı əmr
etsinlər. Yəni Allah ayədə bunu başa salmaq istəyir ki, insanlar
həm özləri namaz qılsın, həmdə ailə üzvlərini namaz qılmağa
dəvət etsinlər. Üçüncü ayədə isə yenə namazın önəmli olması
barədə danışılır və eyni zamanda sübh namazının daha çox
önəmli olmasını bildirilir.
Isra? 78. 1
Bəyyinə, 5. 2
Muddəssir, 41-43. 3
Ənfal,3. 4