Page 158 - Islamic Studies 03
P. 158
Quranın Hərtərəfli olmaq …/ (157
Allah daha sonrakı ayələrdə, yəni Müddəssir surəsinin 41-43-
cü ayələrində, cəhənnəmə düşən insanların haqqında danışır və
həmin ayədə buyurur ki, cəhənnəmə düşən insanlar namaz
qılmadıqları üçün cəhənnəmə düşdülər. Bu ayələrdə açıq
şəkildə bildirilir ki, əgər insan namaz qılmasa, cəhənnəmə
düşər.
Namaz barədə olan sonuncu ayədə, yəni Ənfal surəsinin 3-cü
ayəsində isə möminlərin xüsusiyyəti barədə danışılır. Allah
həmin ayədə namaz qılmağı möminlərin ən önəmli
xüsusiyyətlərindən hesab edir. Yəni əsl mömin o şəxsdir ki,
namazını həm düzgün, həmdə haqqına riayət edərək qılsın.
Oruc mövzusuna aid olan ayə və hədislər
İslam dini baxımından oruc tutmaq, vacib olan ibadətlər
sırasındadır. Əgər insan Allaha əsl bəndə olub, dünyada və
əbədi olan axirət aləmində xoşbəxt yaşamaq istəsə, oruc
tutmalıdır. İnsan oruc tutmaqla həm Allaha olan sadiqliyini
sübut edir, həmdə yüksək mənəvi məqamlara nail olur. Oruc
tutmaq islam dinində böyük əhəmiyyətə malik olan
ibadətlərdən biridir.
Oruc mövzusuna aid həm Quran ayələri nazil olub, həmdə
Peyğəmbər (s.ə) və məsum imamlardan (ə) çox sayda hədislər
nəql olunub. Aşağıda orucluq haqqında iki hədisi nümunə
olaraq gətiririk. imam Məhəmməd Baqirdən (ə) buyurur: İslam
beş sütun üzərində qurulub: Namaz, Zəkat, Oruc, Həcc və
1
Vilayət.
Furuul-Kafi,c.4.səh.62. 1