Page 159 - Islamic Studies 03
P. 159
158) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Hədisə diqqət etsək, görərik ki, imam Baqir (ə) oruc tutmağı
namaz, zəkat, həcc və vilayət ( Allah tərəfindən dini
rəhbərliyin varlığına inanıb, o rəhbərə tabe olmaq) kimi önəmli
mövzular içərisində xüsusi olaraq qeyd edir. Həmçinin imam
(ə) bu hədisdə oruc tutmağı dinin əsas və önəmli
ibadətlərindən biri kimi tanıtdırır.
Başqa bir hədisdə isə Peyğəmbər (s.ə) buyurur: Cənnətdə
rəyyan adlı bir qapı var ki, o qapıdan yalnız oruc tutanlar keçə
biləcək .
1
Hər iki hədisi oxuyanda, islam dininin oruc tutmağa verdiyi
dəyər, çox şəffaf şəkildə bəlli olur.
Bir qədər əvvəl qeyd etdik ki, islam dininə görə oruc tutmaq
çox önəmli ibadətlərdən biridir. Bu baxımdan görürük ki,
Quranda da orucluğa dair bəzi ayələr mövcuddur. Həmin
ayələrdən bəzilərini nümunə olaraq gətiririk.
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə
vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə)
2
siz pis əməllərdən çəkinəsiniz!
Ayəni oxuyanda, müsəlmanlardan qabaqkı ümmətlərə də
oruc tutmağın vacib edildiyini başa düşürük. Yəni oruc tutmaq
islam dinindən qabaqkı dinlərdə də vacib olub. Eyni zamanda
Allah bu ayədə, ilahi dinlərdə oruc tutmağın önəmli olmasını
bildirir.
(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu
günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər
Məanil-Əxbar,c.2.səh,443. 1
Bəqərə, 183. 2