Page 170 - Islamic Studies 03
P. 170

Quranın Hərtərəfli olmaq …/ (169


                 Dünyada Allahı tanımayan və onun varlığını qəbul etməyən
               milyonlar  ilə  insanlar  var.  Həmin  insanlar  özlərini
               tanımayıblar?

                 Bu suallara çox geniş şəkildə cavab vermək olar. Amma əgər
               hədisin mənasına diqqət edib, qısa şəkildə açıqlaması ilə tanış
               olsaq, hansı anlamda olduğunu öyrənmiş olarıq.

                 Deməli  Peyğəmbər  (s.ə)  buyurur ki, Hər kim üzünü  tanısa,
               mütləq Allahını da tanıyacaq.


                 Bu  cümlənin  bir  neçə  məna  və  açıqlaması  var.  İlk  olaraq
               Peyğəmbər  (s.ə)  bizə  bunu  başa  salmaq  istəyir  ki,  əgər
               insandakı  keyfiyyət  və  xarakterlərə  diqqət  etsək,  onu
               yaradanın  xüsusiyyətlərini  də  tanımış  olarıq.  Bir  çox  şiə  və
               sünni  alimləri  insan  xüsusiyyətlərinin  Allahın  xüsusiyyətləri
               ilə  zidd  olduğuna  inanırlar.  Ona  görə  də  əgər  insandakı
               xarakter  və  keyfiyyətləri  tanısaq,  Allahı  da  tanımış  olarıq.
               Misal üçün əgər insanın “Sonradan yaranan, Möhtac, Zəif” və
               bu  kimi  xüsusiyyətlərə  malik  olduğunu  tanısaq,  Allahın  “
               Əzəli, Ehtiyacsız və Güclü” olduğunu da tanımış olarıq.

                 Böyük  müctehid  və  alimlərdən  olan  ayətullah  Məkarim
               Şirazi,  hədisə  başqa  bir  güşədən  baxıb,  onu  fərqli  baxışla
               açıqlayıb. Onun sözlərinə görə bu hədis əslində insanın ruh və
               cismində olan xüsusi nəzmi çatdırır. Yəni Allah insanın cism
               və ruhunu çox dəqiq və xüsusi nəzmlə yaradıb. Əgər insanın
               vücudundakı  bir  çox  nəzm,  incəlik  və  dəqiqliklərə  diqqət
               yetirsək, görərik  ki, bu  incəlikləri  yalnız  nəhayətsiz  və  dərin
   165   166   167   168   169   170   171   172   173   174   175