Page 169 - Islamic Studies 03
P. 169
168) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Hər kəs bilir ki, insanı Allah yaradıb və onun üçün hansı
qanunların yaxşı və ya pis olduğunu yalnız Allah bilir. Ona
görə də həmin qaydaları tanımağın ən əsas yolu, elə Allahı
tanımaq vasitəsi ilə mümkündür.
Allahı tanıdıqdan sonra, onun bəzi xüsusiyyətləri ilə tanış
olmalıyıq. Həmin xüsusiyyətlər ilə tanış olduqdan sonra isə,
bizim üçün Allah tərəfindən müəyyən edilmiş bəzi yaşayış
qanunlar ilə tanış olmalıyıq. Ona görə də əgər insan Allahı
tanımasa, təbii ki, onun qanunlarını da tanımayacaq. Nəticə
etibarı ilə yanlış qanunlar ilə yaşamağa davam edəcək və bu
yanlışlıqlara əməl etməklə, düzgün yaşayış xəttindən uzaq
düşəcək.
Bu baxımdan Peyğəmbər (s.ə) və imamlarımız (ə) Allahı
tanımaq mövzusundan yan keçməyib və bu barədə kifayət
qədər hədislər söyləyiblər.
Bir qədər əvvəl Allahı tanımaq barədə bəzi Quran ayələri ilə
tanış olduq. İndi isə mövzuya aid bir neçə hədis gətiririk.
Peyğəmbər (s.ə) buyurur: Hər kim üzünü tanısa, mütləq
Allahını tanıyacaq.
1
Bu hədis irfan mövzusuna aid olan hədislərdən biridir. Hədisi
oxuyanda insanın zehnində bir neçə sual yarana bilər. Misal
üçün zehnə belə bir sual gələ bilər ki, “Özünü tanımaq ilə,
Allahı tanımağın bir-biri ilə nə əlaqəsi var?”. Yəni necə ola
bilər ki, insan özünü tanıyanda, Allahı da tanısın?
Və ya“ Özünü tanımaq” dedikdə nə nəzərdə tutulur?
Təfsir Kəbir.c.1,Səh.91. 1