Page 194 - Islamic Studies 03
P. 194

Mənəvi yolçuluq və Nikbinlik/ (193


               Bizim  hamımız  az-çox həyatda  çətinliklərlə  üzləşir, az  sonra
               həmin  çətinliklərdən  azad  oluruq.  Amma  onları  tez  unudur,
               sıxıntılardan sonra Allahın bizə verdiyi həmin nemətlər, yəni

               rahatlıq  haqqında  düşünmürük.  Halbuki  insanın  düşdüyü
               bəlalar,  üzləşdiyi  problemlər  onun  qəflət  yuxusundan
               oyanması üçündür.

               Əgər  –  Allah  eləməmiş  –  bizlərdən  birimiz  çətin  xəstəliyə
               tutulsaq,  ya  da  yaxın  adamlarımızdan  biri  ağır  xəstəliyə
               mübtəla olsa və əlimiz hər yerdən üzülsə, bütün ümidsizliklərə
               baxmayaraq biri bizə kömək etsə, məsələn bir nəfər təcrübəli

               həkim  peyda  olub  dərdimizə  əlac  eləsə  və  düşdüyümüz
               bəladan  sağ-salamat  qurtulsaq,  sizcə  biz  bu  hadisədən  nə
               nəticə çıxartmalıyıq? Deməliyik ki, bütün bunlar bir təsadüf idi

               və təsadüf nəticəsində bu cür oldu? Belə deyil, bütün bunlar
               Allahın  lütfüdür.  Onun  inayətinin  nəticəsində  bu  cür  oldu?
               Belə  deyil,  bütün  bunlar  Allahın  lütfüdür.  Onun  inayətinin

               nəticəsində xətər bizdən sovuşdu.
               Yaradılış  sistemində  baş  verən  hər  bir  şey  Allahın  iradəsi
               dairəsindədir. Heç bir şey Onun istəyi olmadan həyata keçmir.

               Əgər insana bir nemət yetişirsə və ya ondan bir bəla dəf olursa,
               – hamısı Allahın iradəsi ilə olur. Bütün zəminələri, səbəbləri,
               şəraiti  hazırlayan  Odur.  İstər  həmin  səbəblər  adi  olsun,  istər

               qeyri-adi,  istər  biz  bilək,  ya  bilməyək,  insana  ruzini  yetirən
               Allahdır.
   189   190   191   192   193   194   195   196   197   198   199