Page 218 - Islamic Studies 03
P. 218

Mənəvi yolçuluq və Nikbinlik/ (217


               (Əraf”, 179.)
               Bəli, yəqin məqamına çatmayan kəslər–o kəslər ki, baş verən
               hadisələrin  xeyir  olduğunu  aydın  surətdə  anlaya  bilmirlər  və

               açıq  üzlə  çətinliklərə  sinə  gərə  bilmirlər  –  onların  səbirli
               olması gərəkir və dua etməlidirlər ki, Allah istəklərini həyata
               keçirsin  və  qarşılaşdıqları  çətinliklərdə  dözümlü  olsunlar.

               Dediyimiz  kimi  riza  məqamına  çatmış  adam  baş  verən
               hadisələrdən narahat olmur, yəni başına bir müsibət gəldikdə
               özünü itirmir, Allaha şükr edir. Əgər övladı şəhid olsa, deyir:
               Əlhəmdülillah,  ey  kaş  bir  övladım  da  olardı,  onu  da

               göndərərdim  cəbhəyə  şəhid  olsun.  Belə  adam  nəinki  narahat
               olmur, əksinə öyünüb iftixar edir ki, övladı müqəddəs amallar
               uğrunda şəhid olmuşdur. Amma bu həddə çatmayan insanlar

               çoxdur,  Allah  da  buyurur:  "...Bəndələrimdən  nemətlərimə
               şükr edəni azdır!”
               İnsanın ölümdən xoşu gəlmir, həmişə ondan qaçır, amma axırı

               ölüm  onu  haqlayıb  öz  kamına  çəkir.  Eləcə  də  insan  öz
               ruzisindən  qaçmaq  istəsə,  qaça  bilməz,  yenə  də  axırda  gəlib

               ona çatacaq. Təyin edilmiş qədərdən qaçmaq olmaz. Əgər bir
               adam  çox  çalışsa,  işləsə  də,  məlum  deyil  ruzisi  çatacaq,  ya
               yox.  Çox  görünüb  ki,  bəzi  adamlar  ruzi  üçün  canlarını  oda-
               suya  vurublar,  amma  axırda  acından  ölüblər.  Bununla

               əlaqədar, həddən artıq varlı adamlar haqqında qəribə hekayələr
               nəql  etmişlər.  Deyirlər  bəzi  adamlar  öz  həyatlarında  elə
               vəziyyətlə  üzləşməyə  məcbur  olmuşlar  ki,  acından  ölməmək

               üçün  öz  ayaqqabılarını  yemişlər!  Başqa  bir  tərəfdən  də  elə
               əlsiz-ayaqsız  adamlar  olub  ki,  əllərindən  bir  iş  gəlməsinə
   213   214   215   216   217   218   219   220   221   222   223