Page 214 - Islamic Studies 03
P. 214

Mənəvi yolçuluq və Nikbinlik/ (213


               olmaqla  nail  olur.  Çünki  bilir  Allah  onun  xeyirini  istəyir.
               Amma  hər  kəs  bu  məqama  çata  bilmir,  bu  mərifət  asanlıqla
               qazanılmır, ona çatmaq üçün özünütərbiyə və çoxlu çalışmaq

               lazımdır.  Əgər  kimsə  bu  yüksək  məqama  çatmasa,  bunu  da
               bilməlidir  ki,  Allahın  təqdiratı  xeyirdir.  Düzdür  ki,  acılara,
               çətinliklərə  dözmək  onun  üçün  çox  çətindir,  amma  səbrli

               olmağa  səy  etməlidir  və  özünə  səbrdən  don  biçməlidir.  Riza
               məqamına  çatmamış  mömin  bu  mərtəbəni  aşmasına
               baxmayaraq  üzləşdiyi  hadisələr  qarşısında  səbirli  olur.  Belə
               insan xoşagəlməz hadisələrin baş verməsini istəmir. Amma bu

               cür  hadisələrlə  üzləşməli  olsa  öz  vəzifəsinə  əməl  edir  və
               görməli  olacağı  işlərdə  əskikliyə  yol  vermir.  Əgər  düşmənlə
               cihad  və  mübarizə  aparılmalı  olsa,  ilahi  vəzifəsinə  boyun

               əyərək cihada başlayır, baxmayaraq ki, bu cür acı hadisələrin
               baş  verməsindən  narahatdır,  qəlbinin  dərinliyində  bu
               məsələyə, yəni döyüşün olmasına razı deyil, amma baş vermiş

               hadisədən boyun da qaçırmır, zəhmətə düşməli də olsa qəbul
               edib  döyüşə  gedir.  Deməli  riza  məqamına  çatmış  şəxs  üçün,
               riza məqamından sanra gələn səbr məqamı bəyəniləndir. Səbr

               məqamı  islam  əxlaqında  çox  tövsiyə  edilən  əxlaq
               məfhumlarından biridir. Bu kəlmədən başa düşülən şey nəfsani
               bir haldır ki, çətinliklərdə, müsibətlərdə xüsusi adamlar üçün

               baş  verir.  İnsanların  xoşagəlməz  hadisələrlə  üzləşdiklərində
               keçirdiyi  hallar  fərqlidir.  Bəziləri  bu  hadisələrin  qarşısında
               dad-fəryad edirlər və bu nigarançılıq onların həyatına da təsir

               qoyur, belə ki, işdən-gücdən olurlar. Bunlar səbirsiz və taqətsiz
               adamlardır. Bu dəstənin müqabilində bəzi adamlar da var ki,
   209   210   211   212   213   214   215   216   217   218   219