Page 213 - Islamic Studies 03
P. 213
212) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
fərq etməz. Belə olan surətdə heç bir qəzəbləndirici hadisə onu
qəzəbləndirməz, heç bir günah onun qəlbini haqdan
döndərməz. Bəndə Allahdan razı olanda, təbii ki Allah-təala da
ondan razı olacaqdır; çünki Allahın bəndəlik libasından
çıxmağa səbəb olacaq heç bir başqa amil onu qəzəbləndirmir.
Allah bəndəsi übudiyyət yoluna qədəm qoydusa, Allahın
ondan razı qalmasına layiq görüləcəkdir. Buna görə də Allah
"raziyə” və "mərziyə” kəlməsini gətirmişdir.”
Deməli insan kamil arxayınlığa o zaman çatır ki, Allahdan razı
olmuş olsun. Başqasından razı olmaq budur ki, insan onun
1
sifət və işlərini bəyənsin. Müvəhhid şəxs anlayanda ki, bütün
aləmin işləri ilahi tədbir əsasında baş verir, elə ki, riza
məqamına çatır, artıq heç bir hadisədən narahat olmur; çünki
həmin hadisənin Allah tərəfindən, Onun tədbirinə əsasən
olduğunu görür. Yəni baş vermiş hadisə ilə Allah-təala
arasındakı bağlılığı dərk edir. Bilir ki, heç bir hadisə Allahın
izni olmadan baş vermir. Buna görə də narahat olmamağı öz
yerində qalsın, hətta həmin hadisə Allahın iradəsinə əsasən baş
verdiyi üçün, yəni Allahın iradəsi həyata keçdiyi üçün ondan
məmnun da qalır.
Səbir məqamına bir baxış və onun əhəmiyyəti
Hər halda riza, mərifət və yəqin məqamı elə əzəmətli bir
nemətdir ki, insan bu nemətə Allahın bütün təqdiratına razı
1 - Biharül-ənvar, c. 77, səh-20