Page 216 - Islamic Studies 03
P. 216

Mənəvi yolçuluq və Nikbinlik/ (215


               həmin  təbii  istəyin  müqabilində  başqa  bir  hiss  baş  qaldırıb
               müqavimətə başlayır, bu həmin səbrdir.
               Döyüş cəbhəsində düşmən hücuma keçmişdir, hər yerdən güllə

               yağır,  nəfs  deyir  qaç  canını  qurtar,  amma  Allah  deyir
               müqavimət  göstər  ki,  İslam  qələbə  çalsın.  Burada  insanı
               qaçmağa  dəvət  edən  nəfsani  amil  qarşısında  göstərilən

               müqavimət səbrdir.
               Hərdən  insanı  nahəqqə  dəvət  edən  amil  xarici  amil  olur.
               Həmin  xarici  amil  hərdən  insanlar  vasitəsilə  həyata  keçir  və
               hərdən  də  qeyri  insan  vasitəsilə  ki,  bu  da  sonunda  gedib

               Allahın  qəzavü-qədərinə  çıxır.  Məsələn,  zəlzələ  baş  verir  və
               evin tavanı uçub tökülür, indi bu hadisənin müqabilində əgər
               özümüzü  itirib  haray-həşir  qoparmasaq,  soyuqqanlı  olsaq,

               tələb  olunan  vəzifəmizə  əməl  etsək,  səbrimiz  var.  Deməli
               rəvayətdə zikr edilən səbrin bölmələri arasında müştərək cəhət
               (itaətə və müsibətə edilən səbr) özünü kontrol edə bilmək və

               nahaqqa  qarşı  addım  atmamaqdır  və  həmçinin  insanı  batilə
               dəvət edən amillər qarşısında müqavimət göstərməkdir.
               Səbrin  insanın  həyatında,  təkamülə  çatmasında  oynadığı  rola

               və əlavə insan təkamülünün hanı yollarla hasil olduğuna diqqət
               yetirəndə səbrin əhəmiyyəti aydın olur. İnsanın təkamülü onun
               ixtiyari əməllərinin təsirindən hasil olur, yəni iki təzadlı qüvvə

               ilə üzləşəndə, onu kamala çəkən qüvvəni seçsə, düzgün olan
               bu seçim onu bir pillə kamala doğru götürür. İnsanın cöhəri və
               kamalı o zaman zahir olur ki, Allahın razı olduğu şeyi seçsin.

               Deməli  insanın  təkamülü  iki  zidd  qüvvənin  keşməkeşində,
               çəkişməsində üzə çıxır. Bu cür çəkişmələrdə insanın özündən
   211   212   213   214   215   216   217   218   219   220   221