Page 215 - Islamic Studies 03
P. 215
214) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
çətin hadisələrlə üzləşdiklərində özlərini ələ alır, səbirli
olurlar. Xoşagəlməz hadisələr onların ruhiyyəsinə bir elə də
təsir qoymur. Bu dəstə də səbirli və dözümlüdürlər. Düzdür ki,
bu cür adamlar qəlblərində bu kimi acı və xoşagəlməz
hadisələrdən razı qalmırlar, amma bu hadisələrin qarşısında
dözümlülük nümayiş etdirirlər. Xoşagəlməz hadisələri
xoşlamırlar, ürəkləri istəmir cəbhəyə getsinlər, şəhid olsunlar,
amma cəbhəyə getmək lazım olanda, xətərə düşmək təhlükəsi
gələndə də üz döndərmirlər, meyilləri olmasa da, boyun da
qaçırmırlar. Ata-ana övladlarının cəbhəyə getməsini istəmir,
amma təklifləri bunu vacib etsə, ona mane olmurlar, səbir
edirlər, dişlərini bağırsaqlarına tutub dözürlər. Bilirlər ki, insan
səbir göstərməklə çətinliklərə sinə gərir, insan səbrlə həyatına
düzən verir və həmçinin axirət səadətini də bu yolla təmin edir.
Hərdən səbri səhv təfsir edirlər, elə bilirlər səbr çətinliklərə,
zillətə boyun əyməkdir, yəni başqalarının haqqında edilən
zülmə, baş verən hadisəyə biganə, bitəfavüt olmaqdır. Səbr
məfhumunun bu cür başa düşülməsi qələtdir. İslam sözlüyündə
səbr, yəni insanın onu batil yollara çəkən, kamalının qarşısını
alan amillər müqabilində göstərdiyi müqavimət və
dözümlülükdür. Həmin amillər hərdən daxili olur, hərdən də
xarici. İstər o amil insanı hərəkətə dəvət etsin, amma nahəqq
hərəkətə, istərsə də sükuta, tərpənməzliyə dəvət etsin, amma
nahəqq sükuta. Məsələn, insan acdığı zaman çörək yemək
istəyir, amma ixtiyarında olan xörək haram və ya şübhəli
yeməkdir. Bu anda insan təbiəti təbii olaraq bizi o yeməyi
yeməyə dəvət edir, amma onu yemək haqq deyil. Bu anda