Page 221 - Islamic Studies 03
P. 221

220) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Sui-zənn başqaları haqqında pis fikirləşmək demək olub insanı
               qeybətə sürükləyən başlıca mənəvi xəstəliklərdən biridir. Sui-

               zənn qəlbin qeybətidir və başqaları haqqında pis düşüncələrin
               qəlbdə  özünə  yer  tapmasıdır.  Sui-zənn  qəlbi  və  ağılı  xəstə,
               məzacı pozulmuş insanların mübtəla olduğu bir mərəzdir. O,
               toplumun  maddi  və  mənəvi  həyatına  qəsd  edən  şeytani

               hiylədir.
               Bir məsələyə, ya da bir şəxsə qarşı gizli məqsəd, pis niyyət və
               ədavətlə,  həmçinin  şüurlu  şəkildə  və  qeyri-obyektiv

               yanaşmaya qərəz deyilir. Bir şəxsə əks arqumentlər, məsələnin
               doğru  və  əsl  mahiyyəti  göstərildiyi  halda,  o  yenə  fikrini
               dəyişmir  və  ilkin  qərarında  qalırsa,  bu  artıq  onun  qərəzli

               olduğunu  göstərir.  Qərəz  digər  insanlara  və  qruplara  qarşı
               dözümsüz, ədalətsiz və ayrı-seçkili bir münasibət bəsləməkdir.
               Uzunmüddətli  sosial-tarixi  təcrübə  nəticəsində  şüurlarda  kök

               salmış, daşlaşmış, qəlibləşmiş şablon fikirlər qərəz adlanmaqla
               yanaşı  bunun  digər  adı  da  stereotipdir.  Stereotiplər  bir  şeyə
               qarşı əvvəlcədən formalaşmış mənfi münasibətdir. Stereotiplər
               əksəriyyətlə yanlış və əsli olmayan məlumatlardır və fərdləri,

               insanları  sosial  qruplara,  müxtəlif  qəlib  fikirlərə  salaraq
               ümumiləşdirir.  Bir  insan  stereotiplər  vasitəsilə  öz  mövqeyini
               müdafiə  etməyə  çalışsa  da,  bu  hal  obyektivlikdən  uzaq

               olmaqla  yanaşı,  mənzərəni  tam  təsvir  etmək  üçün  də  kifayət
               deyil.  Həm  qərəz,  həm  də  stereotip  haqqında  kifayət  qədər
               məlumat  olmadan  qarşıdakı  şəxsə  bəslənən  mənfi  münasibət

               və                        gizli                       düşmənçilikdir.
   216   217   218   219   220   221   222   223   224   225   226