Page 219 - Islamic Studies 03
P. 219

218) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               baxmayaraq Allah onlara saysız-hesabsız sərvət əta edibdir və
               qismətlərində olan dövlətə çatmışlar.

               Bunula  belə  insan  öz  işindən  qalmamalıdır.  Daim  çalışmalı,
               öhdəsinə düşən vəzifəsini  yerinə yetirməlidir. Qəzavü-qədərə
               etiqad bəhanəsi ilə tənbəllik etməməlidir. Çünki Allahın tənbəl
               adamlardan acığı gəlir. Amma, əgər insan təhsil və başqa bir

               sənəti  seçmək  məsələsində  azad olub  onlardan birini seçmək
               vəzifəsini daşısa, ruzinin kasad olacağından qorxub elmi rədd
               etməməlidir.  Əgər  Allaha  mərifəti,  imanı  olsa,  ruzinin  Allah

               tərəfindən  yetişməsinə  olan  imanı  onu  vadar  edəcək  ki,
               xatircəmliklə  elmin  ardınca  getsin  və  ruzi  cəhətdən  arxayın
               olsun.  Çünki,  imanlı  şəxs  müqəddər  olmuş  ruzidən  mərhum
                                    1
               olmayacağını bilir.
               Başqalarına  bədgümanlıq  isə  adətən,  günaha  aludə  olan,  zəif
               təbiətli insanlardan baş verir. Yəni aludə insanlar başqalarını

               da  özləri  ilə  müqayisə  edir,  özlərindəki  rəzalət  xislətlərinin
               inikasını  onlarda  görürlər.  Buna  görə  də  hamını  özü  kimi
               təsəvvür  və  öz  xislətlərinə  sahib  olduğunu  güman  edib
               fikirləşir ki, hamı onun kimdir. Bədgüman şəxs bu vəziyyətlə

               mübarizə  aparmaq  üçün  hər  şeydən  əvvəl,  özündəki  eyibləri
               islah  etməlidir  ki,  başqalarını  özü  ilə  müqayisə  etsə,
               bədgümanlığa düçar olmasın. Digər tərəfdən, gərək başqalarını

               özü  kimi  fərz  etməsin.  Çünki  onların  daha  yüksək  və  ali
               ruhiyyəyə  malik  olması  mümkündür.  Buna  görə  də  layiq
               deyildir ki, özünün pis xislətlərini meyar qərar versin və öz din

               qardaşlarına  qarşı  pis  xəyallar  etsin.  Deməli,  sui-zən  ilə

                                        - Ayətullah Misbah Yəzdi, Axirət azuqəsi, c.   2, səh.   192  1
   214   215   216   217   218   219   220   221   222   223   224