Page 217 - Islamic Studies 03
P. 217
216) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
maya qoyması gərəkir, məhz belə bir anda–iki müxtəlif meylin
dartışmasında–insan Allahın razı saldığı tərəfi seçməyi
bacarmalıdır. Əgər bu halda onu haqqa dəvət edəcək imanı və
fitri gücü güclü olarsa, öz layiqli kamalına çatacaqdır, amma
əgər nəfsani və şeytani amil güc gələrsə, iki qüvvənin
mübarizəsində insan büdrəyib onu uçruma salacaq səmtə
yönələcəkdir. Bu həqiqətdə həmin ilahi imtahanın mənasıdır:
"Hökm hər şeyin ixtiyarı əlində olan Allah nə qədər uca, nə
qədər uludur. O, hər şeyə qadirdir! Hansınızın əməlcə daha
gözəl olduğunu sınamaq bəlli etmək üçün ölümü və həyatı
1
yaradan Odur...”
Bəli, biz öz təkamül yolumuzda bizi müxtəlif cəhətlərə dəvət
edən amillərlə üzləşirik. Əqlani, İlahi amillər bizi bir tərəfə
sövq etdirirlər, heyvani və şeytani amillər isə başqa səmtə.
Düzgün seçim budur ki, bizi batil yola dəvət edən amillər
qarşısında müqavimət göstərək. Deməli biz əgər həyatımızın
təkamülə doğru irəliləməsini istəyiriksə səbrdən özümüzə don
biçməliyik. Rəvayətlərin birində deyilir ki, Peyğəmbər (s)
Cəbrayıldan soruşdu ki, səbr nədir? Cəbrayıl ərz etdi: "Səbr
odur ki, şad günlərində möhkəm və müqavimətli olduğun
kimi, narahat günlərində də müqavimətli və sarsılmaz olasan.
Həmçinin imkanlı olduğun vaxtlardakı kimi, kasıblığında,
sağlam günlərində olduğu kimi, xəstələndikdə əzmini,
hövsələni əldən verməyəsən. Deməli səbrli adam ona bir
müsibət üz verdiyində, bir bəlaya düçar olduğunda, camaat
yanında şikayət edib, öz halından gileylənməməlidir.”
- Biharul-ənvar, c.12, səh. 35 1