Page 220 - Islamic Studies 03
P. 220

Mənəvi yolçuluq və Nikbinlik/ (219


               mübarizənin  birinci  yolu  insanın  öz  nəfsini  islah  edib
               rəzalətlərdən paklamasıdır. Əli (əleyhis-salam) buyurur: “Xoş
               olsun  o  kəsin  halına  ki,  özündəki  çirkinliyi  və  pisliyi

               (barəsində  fikirləşmək)  onu,  camaatın  çirkinlikləri  (eyibləri)
                barədə fikirləşməkdən saxlayır.”
                                                    1


                                               Nəticə
               İnsanın əşya və hadisələrə baxışı necədirsə, xarakter və ruhi-
               mənəvi durumu da tədricən o düşüncə ətrafında formalaşmağa
               başlayır.  Gözəl  görmək  gözəl  düşünməyə  zəmin  hazırladığı

               kimi  pis  görmək  də  pis  düşüncələrə  gətirib  çıxarır.  İnsan
               xarakterinin  formalaşmasında  düşüncə  və  əməl  bir-birini
               tamamlayan  önəmli  amillərdir.  Gözəl  görməyi  vərdişə

               çevirmiş  bir  insan  gözəl  əməllər  işləyər,  əşya  və  hadisələrə
               müsbət yanaşar və həyatdan ləzzət alar. Əksinə, hər şeyi pis
               görməyə adət etmiş  bir insan heç vaxt gözəlliyi seçə bilməz,

               müsbət  düşünməz  və  həyatın  həqiqi  ləzzətini  dada  bilməz.
               Yüksək ruh və qüsursuz xarakterlər ortaya çıxaran ən mühüm
               güc gözəl düşüncə və təmiz niyyətdir. Bu cür insanlar həqiqi

               səadətin qoynunda səfa sürməklə yanaşı, müşk-ənbər saçan gül
               bağçası kimi ətrafa müsbət enerji verərlər.
               Zənnin bir qismi gözəldir, digər qismi isə çirkindir. Gözəl olan

               hüsnü-zənn,  çirkin  olana  isə  sui-zənn  deyilir.  Allah  və
               möminlər  barəsində  gözəl  düşünmək  vacibdir,  insanlar
               barəsində pis düşünmək isə caiz deyildir.



               1 - “Nəhcul-bəlağə”, səh.   256, “Darul-hicrət” nəşriyyatı, Qum
   215   216   217   218   219   220   221   222   223   224   225