Page 224 - Islamic Studies 03
P. 224

Regionda vəhdətin önəmi


               Ramal Musayev

               ABSTRAKT


               Vəhdət  sözü  dini  mətnlərdə  geniş  yer  alsa  da  siyasi
               ədəbiyyatda  bu  sözə  bir  o  qədər  də  yer  verilməyib.  Siyasi

               ədəbiyyatda  daha  çox  qarşıya  çıxan  sözlər  nasionalizm,
               panərəbizm, pantürkizm kimi sözlərdir. Siyasi ədəbiyyatda bu
               cərəyanların  fövqündə  dayanan  birlik  müxtəlif  terminlərlə
               ifadə olunur.

               Amma heç bir söz vəhdət sözünü əvəz edə bilmir. Vəhdət sözü
               fərqli sahələrdə  bəzən  fərqli  mənalar daşıyır. Məsələn, İslam

               ümmətinin  vəhdəti  deyərkən  coğrafi  sərhədlərin  aradan
               götürülməsi yox, düşüncə və əməldə birlik nəzərdə tutulur.
               Ölkə  daxilində  vəhdət  dedikdə  adətən  milli  mənafelərə
               münasibətdə düşüncə və əməl birliyi nəzərdə tutulur. Bu gün

               bunu daha çox milli birlik kimi ifadə edirlər.
               İstənilən bir halda vəhdət dini cəmiyyətin tərəqqisində daxili
               və xarici təsirlərə malikdir. Seyyid Cəmaləddin Əsədabadinin

               dövründən İmam Xomeyniyə (r) qədər vəhdət sözünün çeşidli
               mənaları olub.



               Açar kəlmələr: vəhdət, din, Qafqaz, şiə, əhli-sünnə
   219   220   221   222   223   224   225   226   227   228   229