Page 225 - Islamic Studies 03
P. 225
224) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Giriş
Ali-İmran surəsinin 103-cü ayəsində "Vətəsimu" sözü ilə
rastlaşırıq. Ayədə buyurulur ki, hamılıqla Allahın ipinə yapışın
və parçalanmayın. Allahın sizə verdiyi nemətləri xatırlayın.
Siz düşmən ikən O sizin qəlblərinizi birləşdirdi, Onun neməti
sayəsində qardaş oldunuz.
Siz oddan olan bir uçurumun kənarında ikən o sizi xilas etdi...
Maidə surəsinin 2-ci ayəsində "Təavənu" sözü ilə rastlaşırıq.
Ayədə buyurulur ki, yaxşılıq etməkdə, pis işlərdən çəkinməkdə
əlbir olun, günah işlərdə düşmənçilikdə bir-birinizə kömək
göstərməyin...
Başqa ayələrdə xalq arasında islah, müsəlmanlar arasında
islah, vahid ümmət, orta ümmət, hizbullah, Allah rəngi,
qardaşlıq kimi ifadələrlə insanlar vəhdətə dəvət olunur. Quran
nəzərincə vəhdət mehvəri tövhid, ondan sonra İslam dinidir.
Qurani-Kərim Peyğəmbəri (s) kitab əhlinin görüşünə göndərir
ki, onları tövhidə dəvət etsin. Hücurat surəsinin 11-ci ayəsində
Peyğəmbərə (s) göstəriş verilir ki, kitab əhlindən müştərək söz
ətrafında birləşməyi, Allahdan qeyrisinə pərəstiş etməməyi,
bir-birlərini rəbb çağırmamalarını istəsin. Ayədə vurğulanır ki,
əgər üz çevirsələr deyin ki, biz haqq qarşısında təslim
olanlarıq.
Ayədə göründüyü kimi ittifaqın sərhədi tövhiddir. Müşriklər
və kafirlər qeyri-tövhid mehvərində hərəkət edir. Onlar dini
vəhdətdə qəbul olunmayacaq. Vəhdət mehvərinin