Page 226 - Islamic Studies 03
P. 226
Regionda vəhdətin önəmi/ (225
aydınlaşdırılması ilə bağlı başqa ayələr də var. Allahın
Rəsuluna, əmr sahiblərinə itaət də şərt kimi göstərilir.
Əgər ayələrin təfsirinə nəzər salsaq həqiqi vəhdət haqqında
Ali-İmran surəsindəki ayənin buyuruğunu yada sala bilərik:
"Allahın ipinə möhkəm sarılın və parçalanmayın." Bu ayədə
müsəlmanlardan istənilir ki, dünyadan İslam dinində getsinlər.
Risalətsiz, peyğəmbərsiz tövhid bu baxımdan məqbul deyil.
Həzrət Əli (ə) peyğəmbərdən sonra xilafət yolu ilə razı olmasa
da daha mühüm mənafeləri nəzərə alaraq müxalifətçilik
göstərmirdi. Həzrətin sözləri bu baxımdan çox ibarətamizdir.
Aydın olur ki, İslam vəhdəti olduqca mühümdür, hətta Həzrət
Əli (ə) bu vəhdətə xatir razılaşmadığı bəzi məsələlərə göz
yumur.
Əslində belə bir vəhdət koalisiyadır. Vəhdətə nail olmaq üçün
bəzən haqqın müxalif tərəfin qəbul etdiyi hədi ilə barışmaq
lazım gəlir. Həzrət Əlinin (ə) bir xütbələrində mənalı sükutla
rastlaşırıq.
Həzrət öz söhbətlərində müəyyən məsələlərlə bağlı susur və bu
sükut onun üçün öz təbirincə desək boğazda qalmış sümük,
gözdə tikan kimidir. Bu ağrılara dözməkdə yeganə məqsəd
müsəlmanların vəhdətini, İslam dinini yaşatmaqdır.
Həzrət Əli (ə) öz hakimiyyətinin əvvəllərindəki xütbələrdən
birində buyurur: "And olsun Allaha, əgər müsəlmanlar
arasında ixtilaf və parçalanmadan qorxmasaydım, əgər küfrün