Page 227 - Islamic Studies 03
P. 227

226) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               qayıdışından ehtiyatlanmasaydım, dinin aradan gedəcəyi məni
               narahat etməsəydi, başqa bir mövqe tutardım."


               Quran ayələri, peyğəmbər və məsum imamların buyuruqları və
               həyat  yolundan  aydın  olur  ki,  İslam  nizamının  qorunması,
               ümmətin  mənafelərinin  hifzi  şəxsi  və  qrup  mənafelərindən

               önəmlidir.  Həzrət  Peyğəmbər  (s)  və  məsumlar  şəxsi
               haqlarından  keçiblər  ki,  cəmiyyətdə  təfriqə  yaranmasın,
               ümmətin mənafeləri hifz olsun.


               İmam  Xomeyni  (r)  vəhdətə  necə  baxır?  İslam  məzhəbləri
               arasında olan fikir ayrılıqları ixtilaf üçün ciddi səbəb ola bilər.
               Bu sahədə vəhdət yaratmaq məqsədi  ilə iki istiqamətdə  təlaş

               göstərilir.

               Bir  qrup  İslam  məzhəbləri  arasında  yaxınlaşma  məqsədi  ilə

               ayağa qalxdı, şiə elm hövzələri ilə məşhur sünni elm mərkəzi
               olan  Əl-Əzhər  universiteti  arasında  əlaqə  yaratmağa  çalışdı.
               Başqa  bir  qrup  məzhəbi  ixtilafları  bir  kənara  qoyaraq

               müsəlmanların dünyadakı müştərək mənafeləri əsasında siyasi
               birlik yaratmaq istiqamətində addım atdılar.


               Düşüncə  baxımından  vəhdət  yaratmaq  istəyənlər  arasında  az
               bir qism müvəffəqiyyət qazana bildi. Onlardan biri Ayətullah-
               Üzma Brucerdi idi. Təəssüf ki, təəssübkeş fərdlərin maneçiliyi
               səbəbindən,  eyni  zamanda  məzhəblərin  yaxınlaşmasından

               qıcıqlanan  rejimlərin  maneçilikləri  səbəbindən  düşüncədə
               vəhdət hərəkatı son məqsədə çata bilmədi.
   222   223   224   225   226   227   228   229   230   231   232