Page 229 - Islamic Studies 03
P. 229
228) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
düşüncə baxımından xalqın hüququ sayılan yolda addım atmaq
imamın nəzərincə vəzifədir.
İmam vəhdətə biganəlik və ona diqqət göstərilməməsini kəbirə
günah hesab edərək buyurur: "İstənilən bir zamanda belə bir
vəziyyət yaransa bu günah sayılır. Bu gün vəhdətin
zəiflədilməsi çox böyük günahdır."
Vəhdət zərurəti bir çox məqamlarda xüsusi bir şərait yaradırdı
və İmam öz baxışlarına münasib olmayan, amma ümmətin
mənafeyinə münasib olan addımı qəbul edirdi. Məqsəd
təfriqələrdən çəkinmək, vəhdəti qorumaq idi. İmam
buyururdu: "Biz nəfsimizin qarşısını mütləq şəkildə ala
bilmərik. Belə bir gücümüz yoxdur. Amma bunu izhar etməyin
qarşısı almaq gücümüz var. Bir şəxsə qarşı müxalifiksə, onu
qəlbən qəbul etmiriksə bu münasibəti dəyişmək gücündə
deyilik. Amma həmin münasibəti bildirməmək gücümüz var
və bunu etməliyik."
İmamın nəzərində vəhdətin sərhədləri hara qədər idi? İmam
vəhdəti çox geniş mənada qəbul edirdi. Həm millət, həm də
ümmət arasında vəhdətə diqqətli idi.
İnqilabın qələbəsindən öncə imam ölkə daxilində vəhdətə
xüsusi diqqət ayırırdı. Daxili qüvvələr arasında vəhdətin
yaranması üçün çalışır, zəruri addımları atırdı. İmam elə bir
şəxsiyyətə malik idi ki, ölkədəki iki cinah, ruhanilər və
universitet əhli onu qəbul edirdi.