Page 228 - Islamic Studies 03
P. 228
Regionda vəhdətin önəmi/ (227
Vəhdət mövzusu İran İslam İnqilabı ilə gündəmə gələn mövzu
deyil. İran İslam İnqilabından əvvəllər bu mövzu aktual olub,
geniş dünya görüşünə malik alimlər bu istiqamətdə fəaliyyət
göstəriblər.
İmam Xomeyni (r) Səhifeyi-Nurda yazır: "Biz qələbə rəmzi
olan vəhdəti-kəlmə və Qurana istinadı qorumalıyıq. Hamımız
birlikdə irəli getməli, İslam Cümhuriyyətini İranda
möhkəmlətməliyik."
İmam İslam İnqilabının qələbəsindən sonra buyurur: "Əgər biz
vəhdəti-kəlmə və hər şeyin toplandığı islamiyyəti hifz edə
bilsək sona qədər qalibik. Əgər Allah eləməmiş, bilmədən
səhv addım atılsa və ya biz süstləşsək, qalib gəldiyimizdən
arxayınlaşıb fəallığı dayandırsaq pis bir sonluğa
çatacağımızdan qorxuram. Möhkəm dayansaq, milli qüdrət
olan qüdrəti hifz etsək, vəhdəti-kəlməni qorusaq qalib
gələcəyik."
İmam Xomeyni (r) İslam və vəhdəti müsəlmanların öz
həyatının davam etdirməsi üçün zəmin sayaraq buyurur: "Əgər
müsəlmanlar ilkin İslam dövründəki əzəməti yenidən əldə
etsələr, İslam və vəhdəti-kəlmə səhnəyə qayıtsa, bu ittifaq
fövqəladə bir qüdrət və şücaət ərsəyə gətirər."
İmam Xomeyninin (r) nəzərincə siyasi hərəkat dini bir
vəzifədir. Bu baxımdan siyasətdə iştirak, məsələn seçkilərə
qatılmaq, aksiyalarda və yürüşlərdə iştirak etmək siyasi