Page 230 - Islamic Studies 03
P. 230

Regionda vəhdətin önəmi/ (229


               İmam  hövzə  ilə  universitet  arasında  ixtilaf  təhlükəsini  başa
               düşür və buna mane olmağa çalışırdı. İmam buyururdu: "Biz
               uzun  illər  çalışmışıq  ki,  universiteti  ruhanilərə,  hövzəyə,

               mədərəsələrə yaxınlaşdıraq.

               Biz  bazarı,  ticarət  əhlini  həm  hövzə,  həm  də  universitetə
               yaxınlaşdırmışıq. Bu ayrı-ayrı cəbhələrin yaxınlaşması həmişə

               diqqət  mərkəzində  olub.  Çalışmışıq  ki,  bu  zümrələr  arasında
               vəhdəti-kəlmə, birlik olsun."


               Sonra imam hövzə və universitetdəki ixtisasları yada salır, bir
               qrupu dini, digərini ölkənin idarəçiliyi, iqtisadiyyat sahəsində
               mütəxəssis  kimi  tanıtdırır.  Hər  iki  zümrənin  ölkənin

               gələcəyində mühüm rol oynayacağını bildirir.

               İmam  İslam  İnqilabının  nəticələrini  təhlil  edərkən  buyurur:

               "İnqilabın  nəticəsi  təkcə  ziyalılarla  ruhanilərin  vəhdəti  olsa
               belə bu çox münasibdir."

               İmamın       nəzərincə      hövzə     ilə    universitet     bir-birini

               təkmilləşdirən  sahələrdir.  Bu  məqsədlə  buyurur:  "Bu  iki
               mərkəz  bir  pak  ağacın  iki  budağı  kimidir.  Əgər  hər  kəs  öz
               məsuliyyətini  hiss  edərək  əl-ələ  versə,  Xaliq  və  məxluqun

               xidmətində dayansa, milləti mənəvi və maddi cəhətdən kamala
               çatdırar, ölkənin müstəqillik və azadlığını qoruyarlar."

               İranda  İslam  İnqilabının  qələbəsindən  sonra  daxildə  ixtilaf

               zəmini  gücləndi.  Hətta  inqilabi  qüvvələr  arasında  müəyyən
               nigarançılıqlar  yarandı.  İmam  dəfələrlə  inqilabi  qüvvələr
   225   226   227   228   229   230   231   232   233   234   235