Page 231 - Islamic Studies 03
P. 231
230) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
arasında vəhdətin zərurətini vurğulayaraq onları vahid yumruq
kimi birləşməyə çağırırdı. Bu qüvvələrin parçalanmasını
müharibədən məğlubiyyət kimi dəyərləndirirdi. İran
çoxmillətli bir ölkədir.
Belə bir şəraitdə düşmən qüvvələri fitnəkarlıq edir, millətarası
münasibətləri qızışdırırlar. İnqilabdan sonrakı dövrdə ixtilaf
zəminəsi olan istənilən bir sahədə fəaliyyət var idi. İmam öz
təbliğatını millət arasında birliyə yönəltmişdi. Bütün xalqı
islamiyyətdə birləşdirməyə çalışırdı.
İmam inqilabın qələbəsindən sonra dövlətlə millət arasında
vəhdət mövzusunu nəzarətdə saxlayırdı. Ayrı-ayrı dövlət
qurumları arasında rabitələrin möhkəmliyi, ölkə ərazisində
ayrı-ayrı tayfların münasibətlərinin tənzimlənməsi imamın
nəzarəti altında idi.
İmamın ən böyük arzularından biri dünya müsəlmanları,
əzilmiş xalqların vəhdətinə nail olmaq idi. İmam inqilabdan
sonra da bu mövzu üzərində ciddiyyətlə dayanmışdı.
İmamın əksər bəyanat və məktublarında millət və ümmətə
ünvanlanmış bir çağırış var. Bu çağırış İsrail əleyhinə, qəsbkar
rejim əleyhinə, məzlum Fələstin xalqının azadlığı yolunda
birləşməkdən ibarət idi. Maraqlıdır ki, imam təkcə İslam
Republikası qurulandan sonra İsrailə qarşı çıxmayıb.
Şəmsi 1342-c ildə, yəni inqilabdan 15 il öncə imam qəsbkar
rejimin dünya üçün, müsəlmanlar üçün təhlükəsindən
danışırdı. Bir zaman şah rejimi dövründə sionizmin muzdurları
İranda iş başında idi. Şahın SAVAK adlanan kəşfiyyat,