Page 232 - Islamic Studies 03
P. 232

Regionda vəhdətin önəmi/ (231


               casusluq  şəbəkəsi  sionist  mütəxəssislərin  təlimatı  ilə
               işləyirdilər.
               İran dövlətçiliyində sionistlərin nüfuzu böyük idi. İmam İraqda

               sürgündə  olduğu  zaman  böyük  şücaətlə  İsrailə  qarşı  çıxışlar
               edirdi. "Mənim məqsədim Quran və ruhaniyyətdir...
               Biz  sonistlərlə  mübarizədə  təhqir  olunmalı,  həbsə  düşməli,

               edam edilməli, düşmənlərə etiraz yolunda qurban getməliyik.
               Mən bir məsuliyyət hiss edərək dünya müsəlmanlarına Quran
               və  İslamın  təhlükəyə  düşməsi  ilə  bağlı  xəbərdarlıq  edirəm.
               Müsəlmanların müstəqilliyi, iqtisadiyyatı təhlükə altındadır."

               İmam  sionist  cinayətkarlara  qarşı  çıxdığı  üçün  həbsə  alınır,
               sürgünə  göndərilir,  amma  mövqeyini  dəyişmir.  O  başqa  bir
               məqamda  buyurur:  "Mən  iyirmi  ilə  yaxındır  ki,  beynəlxalq

               sionizmin təhlükələrindən danışıram.
               Onların  bu  gün  də  dünyanın  azad  inqilabları,  İran  İslam
               İnqilabına qarşı təhlükəsini keçmişdəkindən az görmürəm. Bu

               qan içən zəlilər müxtəlif üsullarla dünyanın əzilən xalqlarının
               qiyamına qarşı dayanıblar. Dünyanın azad xalqları bu təhlükəli
               fitnəkarlıqlara qarşı şücaətlə etiraz bildirməlidirlər."

               Digər  tərəfdən  imam  mübarək  ramazan  ayının  son  cümə
               gününü Qüds günü elan edərək, bütün dünya müsəlmanlarını
               Fələstin xalqı ilə həmrəyliyə çağırır.

               İslam  ümməti  arasında  mümkün  vəhdəti  üç  qismə  ayırmaq
               olar. Bunlardan biri mütləq vəhdətdir. Mütləq vəhdət dedikdə
               bütün əqidələrdə birlik, vahid baxış nəzərdə tutulur. Belə bir

               vəhdət istəyi mövcud vəziyyəti nəzərə aldıqda qeyri-mümkün
               görünür.
   227   228   229   230   231   232   233   234   235   236   237