Page 248 - Islamic Studies 03
P. 248

Regionda vəhdətin önəmi/ (247


               Peyğəmbərin  (s)  təkcə  həmin  müharibələrdəki  onun  qanına
               susayan, dəvəti müqabilində təhlükə yaradan düşmənləri, eləcə
               də  əsirlər,  məğlubiyyətə  uğrayan  qövmlər  və  müharibə

               meydanlarında yaralılarla rəftar və davranışı ilə tanış olduqda,
               İslamın sülh və dostluq münasibətlərindəki parlaq səhifələrinin
               şahidi  olacaq,  onun  zor  və  sərtliyə  qarşı  qəti  mövqeyi

               aydınlaşacaqdır.  Bundan  da  mühüm  məsələ  odur  ki,  bəzən
               ruhaniləri  orta  əsrin  qəddar  xristian  keşişlərinə  bənzətməklə,
               yaxud ictimai dünyagörüşü aşağı olan bir sıra din xadimlərinin
               yönsüz  fikir  və  rəftarlarını  əldə  dəstək  etməklə  həmin

               şübhələri daha da qabartmaq istəyənlər az deyildir. Demək, biz
               müsəlmanlar  da  sərtliyin  tərkinə  dair  İslamın  yetərli
               göstərişlərinə itaət etməli, cəmiyyət arasında davranışlarımıza

               diqqət yetirərək, İslamın sülh və dostluğa dair həqiqi simasını
               nümayiş etdirməli və müxalif qüvvələrin zəhərli təbliğatlarını
               öz əməllərimizlə beyinlərdən silməliyik. İslam müharibələrinə

               gəldikdə  isə,  onların  müdafiə  və  yaxud  azadlıq  uğrundakı
               səbəblərini aydınlaşdırmaqla şübhələri aradan qaldırmaq çətin
               deyildir.


               Amma  sülh,  dostluq,  mehribanlıq  və  ya  sərt  davranışa  əl
               atmamaq dedikdə, zülmkarların, zor tətbiq edənlərin, inadkar

               düşmənlərin  və  istismarçıların  müqabilində  təslim  olmaq
               nəzərdə tutulmur. Bu məsələ Qurani-Kərimin “Fəth” surəsinin
               29-cu ayəsində belə açıqlanır:

                                ْ
                                          َ
                 م
                  هن
               {   ُ  َ  ي ْ ْ    َب ءامَح ُ ر راَّفُکلا ىَل   َع ءاَّدِشأ}
                            ِ
                       َ
   243   244   245   246   247   248   249   250   251   252   253