Page 247 - Islamic Studies 03
P. 247

246) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               “Hər kəsə dostluq nəsib olsa, iman da nəsib olar!” (“Kafi”,
               c.2, səh.118.)


               Mərhum  Feyz  Kaşani  “Vafi”  kitabında  dostluq  və
               mehribanlığın imanla əlaqəsini belə izah edir: “Adətən, sərtlik

               insandan ixtiyarı alır  və  əsəb  sistemini pozur. O zaman şəxs
               hər bir xəta və küfrə də yol verə bilər.” Bu əlaqəni başqa cür
               də  izah  edə  bilərik.  O  da  budur  ki,  adətən,  sərtlik  insanı
               Allahın  məxluquna,  sonra  da  Xaliqə  qarşı  bədbin  edir  və

               bunların  heç  biri  kamil  imanla  uyğun  gəlmir.  Başqa  sözlə,
               həmişə sərt və qəzəbli adamların dostu az olur və bununla da,

               onlar  yavaş-yavaş  cəmiyyətdən  uzaq  düşürlər.  Cəmiyyətdən
               ayrılmağın özü məxluq və Xaliqə qarşı bədbinlik nişanəsidir.

               4. İmam Baqir (ə) Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir:


                                                                 ْ

                 ُهَناش  لاِا    ی   ء      ْ    ْ ِ  ِ  ُ     ْ      ی   ء    َش ىلع     َ    ْعَض   ُي  ْمَل َقفرلا   َّنِا
                         َش نم َعزُن لا و هَناز لاِا
                                                                  ِ
               “Dostluq və mehribanlıq hər nəyə qoşulsa, onu zinətləndirər
               və  hər  nədən  ayrılsa,  o  şey  gözdən  düşər.”  (“Kafi”,  c.2,

               səh.119, hədis 6.)

               Bu hikmətli hədisə əsasən, sülh və dostluq hər şeyə gözəllik
               bəxş edir, sərtlik isə hər şeyi, hər işi və hər kəsi pis və çirkin

               göstərir.

               Burada mühüm məsələ odur ki, çox vaxt İslam düşmənləri ona

               sərt  don  geyindirməyə,  onda  baş  verən  müharibələri  bəhanə
               edərək,  hər  yerdə  onu  gözdən  salmağa  çalışırlar.  Halbuki
   242   243   244   245   246   247   248   249   250   251   252