Page 244 - Islamic Studies 03
P. 244
Regionda vəhdətin önəmi/ (243
əsirgəməmək və onunla əlaqəsini qıranla əlaqə yaratmaqdır.”
(“Biharul-ənvar”, 71-ci cild, səh.403.)
Bu hədisdə də üç şey bəndənin izzətini artıranların sırasında
göstərilir və onun ikisi pisliyə yaxşılıqla cavab verməyə, biri
isə əfv və güzəştə aiddir.
Əlbəttə, bu nöqtəni də unutmaq olmaz ki, zülmkar düşmənin
müqabilində əfv və güzəştin mənası yoxdur. Burada təslim
olmaq gücsüzlük, şəxsiyyətsizlik, zillət və bədbəxtlik, güzəşt
isə başıucalıq və şəxsiyyət nişanəsidir. Əfv və güzəşt ictimai-
hüquqi məsələlərə deyil, fərdin şəxsi mülkiyyət və hüdudlarına
aiddir. Amma şəxsi məsələ və fərdi hüquqlarda güzəşt qarşı
tərəfin cürətini artırarsa, belə hallarda güzəştə yer yoxdur.
(“Əxlaq syəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi,
səh.141-144.)
SƏRTLİYİ TƏRK ETMƏK
İctimai aləmdə, xüsusilə, beynəlxalq problemlərin həllində
sərtliyə əl atmağın ağır zərərləri, belə çəkişmələrin təhlükəli və
acı nəticələri hamıya məlum məsələdir. Bunlar ürəklərdə
ədavət və kin-küdurət hissini oyadır, intiqam atəşini
şölələndirir. Sərtlik nəinki böhran və çətinlikləri azaltmır,
əksinə, çox vaxt onları şiddətləndirir, artırır və bir çox
gərginliklər elə oradan qaynaqlanır. Onun xeyrindən çox zərəri
vardır və belələri ona görə həmişə ağır cərimələr ödəməli
olurlar. Lakin bu əməlin bütün nöqsanları, təhlükələri və