Page 245 - Islamic Studies 03
P. 245

244) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               acınacaqlı  aqibətini  anladığımız  halda  çoxlarımız  hər  hansı
               çətinliyi  aradan  qaldırmaq  üçün  onu  ilkin  yol  görürük.

               Deməliyik  ki,  sülhməramlı  yollardan  istifadə  və  sərtlikdən
               uzaqlaşma       şüurun,     sərtlik   isə    hiss    və     həyəcanın
               əlamətlərindəndir.  Bunu  da  bilirik  ki,  şüurun  inkişafı  insani
               təkamülün son mərhələsi, hiss və həyəcanın dövranı isə ondan

               çox geridir. Həqiqətdə insanların əksəriyyəti hiss və duyğular
               içində yaşayır və həmişə onun təsirinə məruz qalırlar. Uşaqlıq
               çağları  duyğuların  inkişaf  dövrü  olsa  da,  mövcud  insanın

               üzərində  aparılan  sosioloji  araşdırmalar  göstərir  ki,  onların
               çoxu psixoloji baxımdan uşaqlıq dövrünü ötüb keçə bilmir və
               çox  vaxt  böyüklərin  sərtlik,  zor  və  həddiaşma  halları  həmin

               çatışmazlığın  əlamətləridir.  İlk  baxışda  çoxları  belə  halları
               təbii, məqsədəuyğun saysa da, problemlərin həlli baxımından
               onların dəyər və yeri tam arxa plana düşür və insanın üzünə

               hər  bir  ağıllı  məsləhət  və  üsulun  bağlandığı  təqdirdə,  həmin
               reaksiyalara  icazə  verilir.  Bildirməliyik  ki,  yenilməz  şəxs,
               yaxud  yenilməz  xalq  isə  ictimai  problemlərini  aradan
               qaldırmaq  üçün  hər  yerdə  sərtliyə  zərurət  görmür.  Onların

               çoxunu  sülh  yolu,  məsləhət  və  götür-qoyla  həll  etmək
               mümkündür.


               İslam  bu  məsələyə  yüksək  əhəmiyyət  verərək  bəşərin
               həyatında  sülh,  dostluq  və  mehribanlığın  rolu  barədə  faydalı
               təkliflər  irəli  sürür,  ardıcıllarını  da  həmin  ideya  uğrunda

               yaşamağa çağırır. Hədislərdə sülh və dostluğa dair tövsiyələr
   240   241   242   243   244   245   246   247   248   249   250