Page 350 - Islamic Studies 03
P. 350
İslamda qadın və cəmiyyət/ (349
Deməli , İmam Hüseynin (ə) qadınları özü ilə
aparmasında olan əsas məqsədlərdən biri də şəhadətindən
sonra bu hadisənin fəlsəfəsinin onlar tərəfindən xalqa
çatdırılması olmuşdur.
Xatırladaq ki , qeyd etdiyimiz bütün cavablar söylənilən
sualın düzgün cavabı sayılır. Yəni , İmam Hüseynin (ə) ailəsini
özü ilə birgə aparmaqda məqsədi onların hökumət tərəfindən
girov götürülməməsi , bu hökumətin qeyrətsiz olmasını sübut
etmək , Tanrı istəyini yerinə yetirmək və Kərbəla hadisəsindən
sonra onun fəlsəfəsinin xalqda olduğu kimi çatdırılmasını
təmin etmək olmuşdur.
Qadınların rövzəsi.
İmam Hüseynin (ə) şəhadətindən sonra o Həzrətin mübarək
bədəni üstə at çapmağa başladılar. İmamın öz atı çadırlara
tərəf yollandı. Çadırlarda yas tutan xanımlar atın kişnəmə
səsinə çölə çıxdılar. Sahibsiz atın İmam Hüseynə (ə) məxsus
olduğunu görən xanımlar o Həzrətin şəhid olmasını başa
düşdülər. Bu zaman düşmən əsgərlərindən biri fəryad edərək
dedi:
“Hüseyn öldürüldü.”
Qadınlar bu sözü eşitdikə hönkürtü ilə ağlamağa
başladılar. Onların nalə səsi göylərə ucaldı. Ömər Sədin
vicdansız qoşunu isə yaxınlarını itimiş xanımların yas
tutduqıarı çadırlara hücum etdilər. Onlar qadınlara şallaq
vuraraq qulaq və boyunlarında olan qızıl əşyaları vəhşiliklə