Page 352 - Islamic Studies 03
P. 352
İslamda qadın və cəmiyyət/ (351
etməsi onun simasnda müsəlman qadının əzmindən xəbər
verir.
Müsəlman xanımlar öz atalarını , qardaşlarını ,ərlərini və
övladlarını Peyğəmbərin (s.ə.a.s.) düşmənlərilə mübarizəyə
həvəsləndirməklə birgə , onların şəhid olduğunu eşitdikdə də ,
daim qürur hissi ilə yüksək səbir və dözüm nümayiş
etdirmişlər. Ühüd döyüşündə qardaşının , dayısının və ərinin
şəhid olduğunu eşidən Himnə binti Cəhişin vüqarla “ hamımız
Allah tərəfindən yaranmışıq və hamımız ona doğru geri
dönəcəyik”-deyə söyləməsi müsəlman qadının hər şeyə qadir
olduğuna bir örnəkdir.
Kərbəla qiyamının inkişaf tarixini və hadisələrin məntiqi
ardıcıllıqla gedişini izlədikdə onun hər ləhzəsində ləyaqətli
müsəlman xanımının da öz rolu olduğunu anlayırıq. Belə ki ,
biz İslam tarixi boyunca seyr etdiyimiz nümunəvi qadına xas
olan xislətləri Kərbəla qiyamında adı səslənən hər bir qadında
kamil şəkildə görürük.
Qiyamın əvvəlindən etibarən bir çox müsəlman qadınlar
İmam Hüseynə (ə) kömək etmək üçün öz səylərini
göstərmişlər. Bu səylər müxtəlif formalarda ifadə olunaraq
özünəməxsus təsir gücünə malik olmuşdur.
Elçilərə himadəyarlıq etmişlər.
Bəzi qadınlar ağır şəraitdə düşmən nəzarətinin ən güclü
və təhlükəli olduğu mühitdə İmam Hüseynə (ə) , onun
tərəfdarlarına öz himayələrini əsirgəməmiş , böyük rəşadətlə