Page 349 - Islamic Studies 03
P. 349

348) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



                        3.Bəzi  rəvayətlərə  görə  İmamın  (ə)  ailəsinin  özü  ilə
               aparması  Tanrı  istəyi  ilə  həyata  keçdi.  Uca  Allah  o  həzrətin

               zalım hökumətə qarşı mübarizəyə qalxıb bu müqəddəs yolda
               şəhid  olmasını  və  bu  yolda  ən  əzizlərinin  ,  bacısının  ,  həyat
               yoldaşının  ,  oğul-qızlarının  və  başqa  sevdiklərinin  onun
               kənarında  bütün  müsibətlərə  qatlanmasını  istəmişdir.  İmam

               Hüseyn  (ə)  Tanrının  hər  bir  istəyinə  əməl  etdiyi  kimi  bu
               istəyinə  də  yüksək  səviyyədə  əməl    edib  bütün  əhli-beytini
               hətta  yeni  doğulmuş  körpəsini  də  özü  ilə  mübariz  yoluna

               apardı.
                        4.Hər bir qiyamın iki  əsas ünsürə ehtiyacı vardır ki , o
               ünsürlər  bu  qiyamın  yaranması  və  əbədi  yaşamasında  böyük

               rol oynayırlar. O ünsürlərin biri fədakarlıq , şəhadət , digəri isə
               təbliğat və qiyamın fəlsəfəsini cəmiyyətə çatdırmaqdır. Birinci
               ünsür  qiyamın  vücuda    gəlməsi  üçün  bə  qədər  əhəmiyyət

               daşıyırsa  ,  digər  ünsür  də  bu  qiyamın  tarixdə  yazılıb
               bəşəriyyətə necə çatdırılmasında o qədər əhəmiyyət daşıyır.
                    Kərbəla hadisəsindən sonra əsir düşmüş qadınlar  xüsusilə
               də     Həzrət  Zeynəb  (s.ə)  bu  qiyamın  fəlsəfəsini  ,  Bəni-

               Üməyyənin törətdikləri cinayətləri , Kufə əhlinin imamı (ə) tək
               qoymalarını və bu kimi mühüm hadisələri insanlara çatdırdılar.
               Əgər      onlar    bu     hadisəni     təbliğ     edib    başqalarına

               çatdırmasaydılar  ,  şübhəsiz  hakimiyyətdə  oturanlar  İmam
               Hüseyni  (ə)    üsyankar    tanıtdırmaqla  onun  bütün  hədəflərini
               aradan  aparacqdılar.  Bu  da  qadınların  Kərbəla  hadisəsinin

               yaşamasında nə qədər böyük rol oynadıqlarını bildirir.
   344   345   346   347   348   349   350   351   352   353   354