Page 351 - Islamic Studies 03
P. 351
350) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
qırıb qarət etdilər. İş o yerə yetişdi ki , Peyğəmbərin (s.ə.a.s.)
nəvələrinin başındakı çadraları da götürdülər. Sonra onları
döyə-döyə ayaqyalın Şama tərəf apardılar. Nizələrdə şəhidlərin
kəsilmiş başlarını görən xamımlar yol boyuağlaya-ağlaya
rövzə oxdular.
Qadınların şücaəti.
Məhəmməd peyğəmbərin (s.ə.a.s.) gəlişi ilə cəmiyyətdə tam
insani hüquqlu şəxsiyyətə çevrilən qadınlar daim İslam dininin
inkişafı və müdafiəsi yolunda özünəməxsusu əhəmiyyətli rol
oynayaraq böyük nüfuz qüvvəsinə malik olmuşlar. Biz İslam
tarixini diqqətlə izlədikdə bu dinin yarandığı gündən etibarən
Həzrət Xədicə (s.ə.)kimi namuslu , cəsur qadınların tərəfindən
maddi və mənəvi cəhətdən mühafizə olunaraq ,
dəstəkləndiyinin şahidi oluruq. O , bütün var-dövlətini İslam
dinin qorunması və inkişafı yolunda xərcləməklə yanaşı
sevimli Peyğəmbərimizi (s.ə.a.s.) ən böhranlı vaxtlarda belə
tərk etmədi. Böyük mal-mülkə sahib zəngin bir xanım olan
Xədicənin (s.ə.) bütün sərvətini İslam yolunda sərf edərək ,
sonda isə müşriklərin yaratdığı iqtisai blokadanın nəticəsində
aclıq ucbatından dünyasını dəyişməsi də qadın fədakarlığının
möhtəşəm nümunəsidir.
Həmçinin Xanım Fatimə (s.ə) kimi dəyərli xanımların
atasının və yaxınlarının qürbətinə, ayrılığına dözməklə bərabər
,İslam yolunda öz Vətənindən belə köçüb yad şəhərlərə hicrət