Page 367 - Islamic Studies 03
P. 367
366) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
bayram süfrəsi açılmışdı. Yezid Həzrət Hüseynin (ə) kəsilmiş
başını bir məcməyə qoyaraq əlindəki çubuqla onun dişlərinə
vurur və bu şeiri oxuyurdu:
“Kaş indi mənim Bədr döyüşündə vuruşub Xəzrəc qəbiləsinin
əzabını çəkməli olmuş babalarım burda olub sevinərək
deyərdilər ki, yezid çox saqol. Əli (ə) övladlarına Bədr
döyüşünün acısını dadızdırdın və onlardan intiqam aldın”
Elə bu vaxt əsir kimi məclisə gətirilən Xanım Zeynəb (ə) bunu
görüb fəryad edərək buyurdu:
“Allah və onun Peyğəmbəri (s.ə.a.s.) doğru söyləmişlər ki , pis
əməl sahiblərinin sonu odur ki , Allahın ayələrini uydurma
sayıb onlara istehza edərlər.
Yezid , elə xəyal edirsən ki , yeri-göyü bizə təngləşdirməklə ,
əsir şəklində bir şəhərdən başqa şəhərə daşımaqla rüsvay edib
özünə hörmət qazanacaqsan ? Elə sanırsan ki , bu əməlinlə
əzəmət
qazanıb insanlara lovğalana bilərsən ? Hakimiyyətini nizam-
intizamlı görüb o qədər sevinirsən ki sanki öz dərinə
sığışmırsan . Anlamırsan ki , sənə verilən bu fürsətin səbəbi
doğrusu iç üzünü açıb xalqa göstərmən üçündür? Sən Allah-
taalanın “Küfr edən şəxslər onlara verdiyimiz möhləti heç
xeyir bilməsinlər ! Bu möhlət yalnız onların günahlarını daha
da çoxaltmaları üçündür. Onlar zillətli bir əzaba düçar
olavaqlar”- deyə buyrulduğunu unutmusanmı?
Ey azad edilmiş şəxslərin oğlu! Bu ədalətli hökmdürmü ki ,
sənin qadın , qız və kənizlərin pərdə arxasında ,
naməhrəmlərin baxışlarından uzaq otursun , amma sən Allahın