Page 60 - Islamic Studies 03
P. 60

İslamda Ailə./ (59


                 Münasibətdə anlaşa bilməmək
                 Necə  düşünürsünüz,  qarşılıqlı  münasibət  zamanı  qadın  və
                 kişi tərəfdən tam

                 “açıq”lıq vacibdirmi?!… Münasibətlərdə “açıqlıq” deyəndə,
                 gündəlik qayğı və problemlərin bölüşülməsi nəzərdə tutulur.
                 Gəlin  baxaq:  Münasibətlərin  möhkəm  və  davamlı  olması

                 üçün  tərəflər  arasında  inam  və  güvən  olmalıdır.  Bunlarsız
                 xoşbəxt münasibətdən söhbət gedə bilməz… Əgər inam və
                 güvən  varsa,  bu  halda  qadının  kişi  qarşısında  tam  “açıq”
                 olmamasına  heç  bir  səbəb  yoxdur.  Çünki,  kişi  bunu

                 davranışı və rəftarı ilə qazanıb, həqq edib.

                 Bəs,  kişi  necə?!  Həmişə  qadına  qarşı  tam  “açıq”  olub,  hər
                 şeyi onunla bölüşməlidirmi?!


                 Əlbəttə  ki,  yox!  Niyə?…  Ona  görə  ki,  kişi  xaraktercə,
                 “lider”dir, qoruyandır… Onun vəzifəsi – qadını hər hansı bir
                 yüklənmədən, stressdən, həyacanlanmadan qorumaqdır, gün

                 ərzində  baş  vermiş  müxtəlif  mənşəli  hadisələr  toplusu  ilə
                 yükləməməkdir.  Çünki  bütün  bu  qayğı  yığıntısı  qadının
                 emosional  labilliyini  pozur  və  enerji  itkisinə  səbəb  olur…
                 İndi, söyləyin! Hansı qadın kişinin bütün günü deyinməsini,

                 gün ərzində baş verən olaylardan şikayətlənməsini istəyir?!
                 Və ya bunu edən kişi, nə qədər “hörmət sahibi” olur?!

                 Düzdür,  qadınlar  kişilərin  susmasına  da  dözmürlər,  bunu
                 özlərinə  qarşı  laqeydlik,  hörmətsizlik  kimi  qəbul  edirlər.
                 Onları     “danışdırmaqla”,        aradakı     “anlaşılmazlıqları”
   55   56   57   58   59   60   61   62   63   64   65