Page 61 - Islamic Studies 03
P. 61

60) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

                 götürəcəklərini,  isti  münasibət  yaradıb,  onlara  kömək

                 edəcəklərini düşünürlər… necə ki, özləri qarşı tərəfdən bunu
                 gözləyirlər…

                 Çünki, qadın psixologiyası belə qurulub: Əgər, hər hansı
                 bir  anlaşılmazlıq  və  ya  özlərinin  fikirləşib,  “uydurduqları”
                 problemdən qaynaqlanan bir narahatçılıq, bir gərginlik varsa,
                 onun  haqqında  soruşulmasını  istəyib,  “ürəyindəkiləri”

                 danışıb, bölüşməlidirlər… Və ancaq ondan sonra, sakitləşib,
                 bir növ “təmizlənib”, yenidən qurulurlar… Məhz, ona görə,
                 qadın  əsəbi  olanda,  nəyi  isə  özünə  “problemə”  çevirəndə,

                 onun danışıb, “boşalmasına” şərait yardılmalıdır. Əks halda,
                 o, bunu diqqətsizlik, biganəlik kimi qəbul edəcək.
                 Qadın  üçün  bu  vəziyyətdə  sakitliyə  qapanmaq,  onun
                 psixoloji durumunu pozur.

                 Yəni,  qadın  gün  ərzində  olanları  danışmayanda,  tədricən
                 özünə qapanır. Bu cür təbiətə malik olan qadın, öz düşüncə

                 tərzinə uyğun olaraq, problemi olan kişinin də “vəziyyətini”
                 yüngülləşdirmək  məqsədilə,  onu  danışmağa  vadar  etmək
                 istəyir. Kişilər isə bu cür anlarda sakitliyə, “öz yuvalarına”
                 çəkilib,  özlərinə  qapanmağa  üstünlik  verirlər,  sanki

                 “keyləşib”  qalırlar…  Ona  görə  yox  ki,  depressiyaya
                 düşürlər.
                 Ona  görə  ki,  evdə,  işdə,  ətraf  mühitdə  yaşanan  ciddi

                 problemlərin  həlli  yollarını  fikrində  düşünüb,  tapmaq  və
                 yoluna qoymaq üçün onlara zaman lazımdır. Bölüşməklə isə
                 problemləri  həll  etmək  olmur!…  Və  ona  görə  də,  kişilər
                 üçün belə vəziyyətdə ən optimal seçim, “özlərinə qapanıb”,

                 “yenidən  bərpa  olunmaqdır”…  Bu  zaman  onlar  ətraf
   56   57   58   59   60   61   62   63   64   65   66