Page 75 - Islamic Studies 03
P. 75
74) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Peyğəmbərlərin təlimində haqq və ədalət geniş məna daşıyır
və onların bütün ictimai fəaliyyətlərini əhatə edirdi. Onların
baxışı ilə haqq, ədalət o zaman bərpa oluna bilər ki, mənəvi-
əxlaqi, ictimai- siyasi, sosial- iqtisadi və hətta cinsi fəsadlar
belə aradan qalxsın və ilahi dəyərlər bütün dünyada hakim
olsun.
1
Bütün ilahi dinlərin prinsiplərindən biri də bəşər cəmiyyətinin
tərbiyə olunaraq əxlaqi dəyərlərə sahib çıxması olmuşdur.
İslam peyğəmbərinin “mən sizin əxlaqınızı kamilləşdirmək
üçün bir peyğəmbər olaraq göndərilmişəm” kəlamı da elə bu
prinsipdən irəli gəlir. İlahi dəyərləri tanımağın yolu yüksək
əxlaqi keyfiyyətlərə malik olmaqdan keçdiyindən
peyğəmbərlərin vacib missiyalarından biri də təzkiyə və
təqvadır. Peyğəmbərlər sanki bir həkim idilər ki, mənəvi
xəstəliyə düçar olmuş cəmiyyəti bu mərəzdən xilas etmək
üçün gəlmişlər. Bütün müqəddəs kitablarda, o cümlədən
Quranda peyğəmbərə itaət etmək və onun sözündən çıxmamaq
əmr olunmuşdur.
Həzrət Məryəm və İsa (ə.) Quranda
Orta əsr Avropasında xristianlıq təliminin formalaşması
birbaşa İsa Məsihin gətirdiyi təlimlərə bağlıdır. İsa Məsih ulul-
əzm və şəriət sahibi olan peyğənbərlərdən hesab olunur.
Qurani Kərim Hz. İsa peyğəmbərə tərif verərək Məryəm
surəsində onun bakirə və pak Məryəmdən dünyaya gəlməsini
Əzəm Pərçəm. “ Vəhy və Peyğəmbərlik mövzusunda səmavi kitabların 1
uzlaşması”, səh 36