Page 77 - Islamic Studies 03
P. 77
76) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
sahibi olan və Məryəmin camaat qarşısında rüsvay olmasını
istəməyən Yusif gizli şəkildə qərara aldı ki, ondan ayrılsın.
Yusif hələ bu fikirdə olduğu zaman Allahın mələyi yuxuda ona
zahir olub dedi: Ey Davudun oğlu Yusif! Məryəmi öz evinə
aparmaqdan qorxma, çünki onun bətnində olan Ruhul-
qüdsdəndir.O, bir oğlan dünyaya gətirəcək və sən onu İsa
adlandıracaqsan, çünki o, öz qövmünü günahlardan xilas
edəcəkdir.”
1
İsa Məsihin mahiyyəti
Heç bir təhrif və dəyişikliklərə məruz qalmayan, asimani kitab
olan Qurani Kərimdə öyrəndik ki, İsa Allahın qulu, bəndəsi,
yer üzünə göndərdiyi peyğəmbərlərdən biridir. İsa Məsihin
təvəllüdü məsələsini Quran onun bakirə Məryəmdən Allahın
izni ilə Cəbrayılın vasitəsilə üfürülməklə bətninə düşməsi kimi
izah edir. İsa Məsihin yer üzünə göndərilməsində məqsəd onun
özündən əvvəlki peyğəmbərlər kimi insanların Allahın
birliyinə iman gətirib saleh yola dəvət etmək olmuşdur. İsa
Məsihin özü də dəfələrlə özünün bir bəndə olduğunu və
Allahın peyğəmbəri olduğunu bəyan etmişdir. Yaşadığı dövrdə
hər kəs onu belə qəbul etmişdir. Doktor Əzəm Pərçəm Ceymez
Hakezdən sitat gətirərək yazır:” Məsih insan və Allahın
göndərdiyi bəndədir. Çünki o, özünü ( İncildə) səksən dəfə
“insanın oğlu insan” adlandırmışdır. Bundan əlavə öz
şagirdlərinə və başqa ardıcıllarına özünü onların qardaşı deyə
Matta İncili, səh 12 1