Page 76 - Islamic Studies 03
P. 76

Xristianlıq təlimi və Qərb dünyagörüşündə dini …/ (75


               təfsilatı ilə nəql edir. Məryəm surəsində buyurulur ki, Məryəm
               öz  qohum-  əqrəbasından  ayrılıb  şəhərdən  çıxaraq  şərq
               istiqamətində  bir  nöqtəyə  getdiyi  zaman  Ruhul-  Qüds  bəşər

               sifətində onun yanında zahir oldu. Pak bir qadın olan Məryəm
               əvvəlcə ondan qorxub Allaha pənah apardı. Ruhul- Qüds dedi
               ki, mən Allahın əmri ilə gəlmişəm ki, sənə pak bir övlad əta

               edəm. Məryəm soruşdu ki, heç bir kişi ilə yaxınlıq etmədiyim
               və  özüm  də  iffətli  bir  qadın  olduğum  halda,  oğlan  uşağına
               sahib  olmağım  necə  mümkündür?  Cavab  verildi  ki,  bu  iş
               hökmən olacaq və Allah üçün bu iş çox asandır. Biz istəyirik

               ki, onu camaat üçün ilahi bir nişanə və öz tərəfimizdən rəhmət
               qərar  verək.  Nəhayət,  Hz.  Məryəm  İsaya  hamilə  oldu.
               Təvəllüdü yaxınlaşdığı zaman ailəsindən uzaqlaşıb bir ağacın

               altına getdi və övladını dünyaya gətirdi. İsa doğulduğu anlarda
               dil  açaraq  doğuşun  ağrısından  qıvlan  anasına  toxtaqlıq  verib
               deyir  ki,  Allahın  sənin  ayaqların  altında  bir  çeşmə

               qaynatmışdır.Quru  xurma  ağacını  tərpət  ki,  sənin  üçün  təzə
               xurma  tökülsün.  Xurmadan  ye,  bulağın  suyundan  iç  və  öz
               gözünü (övladına görə) aydın et.
                                                    1

               Həzrət İsa (ə.) İncildə
               İsa  peyğəmbərin  dünyaya  gəlməsi  hadisəsi  İncildə  Qurani

               Kərimdən  fərqli  təmsil  olunur:  “  İsa  Məsihin  təvəllüdü  belə
               oldu  Yusifin  əqdinə  gətirilən  Məryəm  ər  evinə  getməzdən
               qabaq  Ruhul-  Qüdsün  vasitəsilə  hamilə  oldu.  Yaxşı  əməl



                                                              Qurani Kərim,Məryəm surəsi 1
   71   72   73   74   75   76   77   78   79   80   81