Page 78 - Islamic Studies 03
P. 78

Xristianlıq təlimi və Qərb dünyagörüşündə dini …/ (77


               müraciət  edib.”   Lakin  İsa  Məsihin  çarmıx  əhvalatından  və
                                 1
               gözlərdən  qeyb  olmasından  sonra  (islami  nöqteyi-  nəzərdən)
               onun  zatı  ilahiləşdirilmiş,  üç  uqnum  məsələsi  ortaya

               qoyulmuşdur.Doktor  Haşimi  Rəfsəncani  yazır:”  Əsrlər  boyu
               böyük  kilsə  alimlərinin,  xristianlığın  dünya  mıqyasında
               yığıncaqlarının  diqqətini  özünə  cəlb  edib,  müxtəlif  firqələrin

               yaranmasına  səbəb  olub,  xristianlığın  ən  mühüm  və  böyük
               fəlsəfi  və  dini  məsələsini  təşkil  edən  problem  “İsa  “  zatının
               həqiqəti barəsindəki mübahisələr olmuşdur.”    Dr. Rəfsəncani
                                                                  2
               Vil Derantın “Dinlərin yığcam tarixi” kitabından sitat gətirərək

               Məsih barəsində meydana gələn əqidələri aşağıdakı kimi qeyd
               edir:
               1.Məsih yalnız insandır.

               2.”  Ata”,  “  Oğul”,  “  Ruhul-qüds”  Tanrı  özünü  təcəssüm
               etdirdiyi     surətlərdir.    Deməli,      Tanrı      üç    uqnumun
               komponentidir: “ Ata”, “ Oğul”, “ Ruhul-quds”.

               Ata  Tanrı  “  Ruhul-  qüds  şəklində  aşağı  enib,  Məryəmin
               cismində insan surətinə düşmüş “ İsa “ surətində doğulmuşdur.
               3.  “  Oğul”  “  Ata”  kimi  əzəli  deyil,  bütün  dünyadan  qabaq

               yaranmışdır, beləliklə də onun rütbəsi atadan aşağıdır və onun
               qarşısında təvazö edəndir.
               4. “ Ruhul-qüds” uqnum deyidir.






                       Əzəm Pərçəm, “ Vəhy və Peyğəmbərlik mövzusunda səmavi kitabların  1
                                                                       uzlaşması”, səh171
                   Haşımi Rəfsəncani, Məhəmməd Cavad Bahünər, “ Dünya besət dövründə”,  2
                                                                                 səh 126
   73   74   75   76   77   78   79   80   81   82   83