Page 79 - Islamic Studies 03
P. 79
78) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
5. Miladi 325- ci ildə Niqyə qurultayı və miladi 381- ci ildə
Konsinopol qurultayı bu nəzəri verdi ki, oğul və “ Ruhul-
qüds” Ata ilə lahuti vəhdətində bərabərdir. “ Oğul” əzəldən
Atadan olub və “ Ruhul-qüds” Atadan bir işıqdır və ondan
qaynaqlanmışdır.
1
Xristianlıqda İsanın mahiyyəti
Tovhid, yəni təkallahlıq ideyası bütün səmavi dinlərin
yürütdüyü əsas prinsipdir. Tək vahid olan Allaha inam, Onun
bütün aləmlərin yaradıcısı və xaliqi, ən gözəl sifətlərə malik
olması, başqa sözlə, bütün eyiblərdən pak və münəzzəh olması
monoteist dinlərin əsas müddəalarıdır. İsa Məsihin gətirdiyi
xristianlıq təlimi də monoteist dinlərdən hesab olunmaqla
Quran nöqteyi- nəzərindən onun öz dövründə bu istiqamətdə
təşəkkül tapmışdır. Lakin ondan sonra nəinki İsa Məsih
haqqında düşüncələr dəyişmiş, eyni zamanda, eyni zamanda
xristianlıq təliminin özündə də təhriflər yaranmışdır. Doktor
Seyid Mahmudi yazır: “ Məsihilər özlərini vahid Allahın
ardıcılları hesab edərək inanırdılar ki, əql yolu ilə Allahı
tanımaq olar. Halbuki iki qeyri- məhdud, yaxud daha çox
qüdrətə malik olan varlığın eyni zamanda təsəvvür olunması
əql və məntiqin ziddinədir.Allahın vahid olması dedikdə,
məqsəd budur ki, yalnız bir Allah vardır və ilahi zat
bölüşdürülə bilməz. Digər üç şəxsiyyətdən təşkil olunmuşdur.
Bu üç varlıq əzəlilik, qüdrət və cəlalda bir- birilə bərabərdir və
onlardaan hər biri ilahi sifətlərin hamısına malikdir. Amma
eyni halda hər birinin müəyyən xüsusiyyətləri vardır ki, onları
Həmin mənbə, səh 128 1