Page 80 - Islamic Studies 03
P. 80

Xristianlıq təlimi və Qərb dünyagörüşündə dini …/ (79


               təslis  vəhdətinin  daxili  bir-  birindən  fərqləndirir.”   1   Allah
               haqqında  yeni  düşüncələrin  meydana  gəlməsi  məsihi
               əqidəsində əsrlərlə formalaşma prosesi keçərək “üç uqnum” (

               şəxsiyyət)    əqidəsi  yaranmışdır.  Dr.  Can  Van  Vurd  yazır:  “
               Bizim  etiqadımız  budur  ki,  vahid  Allahda  vəhdətlə  eyni
               zamanda  təslis  də  mövcuddur.  Üçlük  uqnum  bir-  birindən

               seçilir,  amma  ilahi  zat  bölünməzdir:  bu  uqnum  bir-  birilə
               əbədiyyət  və  oxşarlıqda  bərabərdirlər.  Belə  ki,  təslisdə
               vahidliyi  və  kamil  təslisi  vahidlikdə  ibadət  edirik.  Bu  halla
               yanaşı, qeyd olunan həqiqətlər   belə  təfsir  olunmamalıdır  ki,

               üçlük uqnumları arasında ilkin olmaq haqqı mövcud deyildir,
               əksinə,  bilmək  lazımdır  ki,  ata  birinci  yer,  oğul  ikinci  yer,
               Ruhul-qüds  üçüncü  yerdə  qərarlaşır.  Bu  ilkin  olmaq  haqqı

               tərtiblədir.  Ruhul-  qüds  və  oğul  bərabərdir,  bununla  eyni
               zamanda ataya mütidirlər.Bu itaət icbari deyil, iradə və ixtiyar
               üzündəndir.  Məsihilər Rəbbani gecə mərasimində oxuyurlar:”
                            2
               Bizim  vahid  Allaha,  mütləq  qadir  ataya,  görünən  və
               görünməyən  bütün  ilahi  şeylərin  xaliqinə,  İsanın  vadid
               Allahına  imanımız  vardır.  O,  Allahın  oğludur  ki,  atadan

               dünyaya  gəlmişdir;  atanın  zatından  dünyaya  gələn  övladdır,
               onun vasitəsilə bütün şeylərə varlıq verilmişdir.”
                                                                      3






                                           Seyid Əhməd Mahmudi, “ Dinlərlə tanışlıq”,səh 257 1
                                                              Eyni mənbə mənbə, səh 258 2
                                                                     Eyni mənbə, səh 259 3
   75   76   77   78   79   80   81   82   83   84   85