Page 81 - Islamic Studies 03
P. 81
80) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Məsihin insan surəti
Məsihin şəxsiyyətini xristianların müqəddəs hesab etdiyi kitab
olan İncil özünəməxsus şəkildə izah edir. Məsih Ata Allahın
oğludur, Oğul Allahdır. Onun xüsusi qabiliyyətləri var və
insanların Adəmdən miras qalmış bu günkü günahlarını yumaq
və nicat vermək üçün gəlmişdir. Rəbbani gecə duasında
deyilir: “ Yerdə və göydə olanların hamısı biz insanların
xatirinə, biz insanlara nicat vermək üçün yer üzünə enərək
cism halına düşdü; insan şəklinə düşdü, əzab- əziyyət çəkdi.”
Miladi 451- ci ildə məsihi alimlərindən təşkil olunmuş “ Çali
si dun” şurası aşağıdakı etiqadnaməni qəbul etmişdir: “
Müqəddəs ataya tabe olaraq, biz bütün insanlarla bu təlimdə
müttəhid olmuşuq ki, bir vücuda – yalnız oğula – bizim
Allahımız olan İsa Məsihə iqrar edək. Bu vahid vücud həm
ilahi olmaq baxımından, həm də insani yöndən kamil bir
varlıqdır. Bu vahid vücud həqiqətdə həm Allahdır, həm də
bəşər. Bu yöndən mücərrəd ruh, digər bir yöndən isə cismdən
ibarət olan insandır. Buna əsasən o, ilahi yönə malik olan
vaxta qədər həmin ata- Allah zatı olan həqiqətə malik olur;
insani yöndən də bizim kimi insanlara oxşar bir quqruluşa
malikdir. Hər bir cəhətdən bizə oxşardır, yalnız məsum
olmamaq və günah ehtimalında oxşarlığımız yoxdur. O,
zamanın meydana gəlməsindən qabaq özünün ilahi yönü
cəhətindən ata vasitəsilə icad olunmuşdur. İndi də insanlara
görə və bizim nicat tapıb qurtuluşa çıxmağımız üçün bakirə və
müqəddəs Məryəmdən dünyaya gəlmişdir ki, bu baxımdan
özünün insani yönündən ilahi xüsusiyyət daşıyır.”
1
Eyni mənbə, səh 261 1